Yasamalda qurudulmuş gölün ərazisində çoxmərtəbəli bina inşa olunur? Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında, vaxtı ilə göl olan ərazidə çoxmərtəbəli bina inşa olunur.
“Qafqazinfo” nun məlumatına əsasən, ATV-yə danışan sakinlər bildiriblər ki, qazıntı zamanı bünövrədən su çıxır. Onlar inşa ediləcək binanın gələcəkdə böyük faciəyə yol açacağından narahatdırlar.
“Qapını açırdıq göl gözümüzün qabağında idi. 50 metr dərinliyində olub. Balıq da tuturdular, zibil də gətirib tökürdülər. Sonradan gölü qurutdular”, - sakinlər qeyd edib.
Ərazidə çoxmərtəbəli bina inşa edən “PRİMO Residence” tikinti şirkətindən isə bildirilib ki, işlər artıq dayandırılıb.
Ərazidə tikinti ilə bağlı Fövqalədə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar şirkət tərəfindən aparılan işlərə dair icazəverici sənədlər təqdim edilmədiyindən, nazirlik sentyabr ayının 4-də tikinti işlərinin dayandırılmasına dair qərar verib.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















