Yasamalda sürücü maşını öncə sıxışdırdı, sonra qarşısına keçib təhlükə yaratdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də saat 17:50 radələrində qeydə alınıb. Belə ki, 77-RE-512 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Videodan da göründüyü kimi, o, sol zolaqda hərəkətdə olan maşına əhəmiyyət vermədən sağa manevr edib. Qayda pozan şəxs öncə görüntünü qeydə alan sürücünü sıxışdırıb və onun qarşısına keçərək qəzq şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üz-üzə qalan sürücü ehtiyatlı davranıb və ona siqnal verib.
Bəzi sürücülər dönmə işığını yandıraraq istənilən situasiyada manevr edə biləcəklərini zənn edirlər. Hətta həmin zolaqda maşının olub-olmaması da qeyd etdiyimiz sürücülər üçün önəm daşımır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















