Maşını səkidə park edən sürücü uşaqlı piyadaya təhlükə yaratdı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (“Bravo” supermarketin qarşısında) dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 90-MB-773 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü piyada səkisini zəbt edib. Nəticədə sürücü piyadaların yolunu kəsərək onlara çətinlik yaradıb. Kadrdan da göründüyü kimi piyada uşaq arabasıyla yolun hərəkət hissəsinə keçərək yoluna davam edib.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkə paylaşılıb. İstifadəçilər sürücülərin sözügedən səkinin mütəmadi olaraq parkinq zonasına çevrildiyini bildiriblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:Sürücü maşını səkidə park edib piyadaların yolunu kəsdi VİDEO
02 Dekabr 2025 10:01
Bakıda ötmə edən sürücü maşını piyadanın üzərinə sürüb təhlükə yaratdı VİDEO
05 Fevral 2025 15:53
Təlim maşını ilə ötmə edən sürücü iki avtomobilə təhlükə yaratdı VİDEO
05 Noyabr 2025 09:32
Maşını pilləkəndə park edən sürücü uşaqlı kişinin yolunu kəsdi FOTO
04 Fevral 2025 14:17
Yasamalda sürücü maşını öncə sıxışdırdı, sonra qarşısına keçib təhlükə yaratdı VİDEO
27 May 2025 14:16
Baxış sayı:53
Bu xəbər 23 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















