Yasamaldan Badamdara gedən ana su borusu PARTLADI Sakinlər təhlükədən narahatdır
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yasamalda su borusu partladı.
BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunun Rahib Tağıyev küçəsindən keçən ana su xəttində ciddi nasazlıq yaranıb.
Sakinlərin bildirdiyinə görə, Badamdar qəsəbəsindən gələn və içməli su ilə təchizat üçün istifadə olunan su borusu çürüyüb və artıq istismar müddətini başa vurub.
Onların sözlərinə görə, problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət olunub, lakin köhnə borunun dəyişdirilməsi üçün külli miqdarda pul tələb olunduğu bildirilib. Bu isə sakinlər arasında narazılığa səbəb olub.
Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. Cavab aldıqda xəbər yenilənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















