Icma.az
close
up
RU
Menu

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

“Yaşamaq olarmı inanmasan”...

“Yaşamaq olarmı inanmasan”...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Vedidən köçürüləndə mənim beş yaşım olub...

Yazıçı Məmməd Orucla müsahibə

-  Məmməd müəllim, yaradıcılığınız nə yerdədir, yeni nə yazırsınız?

- “525-ci qəzet”də ara-sıra çap olunan məqalələrimi çıxmaq şərtilə, demək olar ki, heç nə yazmıram. Amma  hər hansı bir mövzu məni tərpətsə, yazmağa gücüm çatar. Bilirsiniz,  mən mövzu axtarmıram, amma mövzu özü gəlib məni tapanda və görəndə ki, yazmaqdan başqa  yol yoxdur, bax, onda yazıram.

-Sonuncu əsəriniz, səhv etmirəmsə, “Azərbaycan” jurnalında, sonra da kitab halında  çap olunan “Naməlum Fikrət Qoca” povestidir?

- Siz onu povest adlandırırsınızsa, çox sağ olun, əslində, o yazı xatirələr toplusudur. Sənədli xatirələr toplusu. Yeri gəlmişkən, mənə elə gəlir ki, sənədli yazılar, ümumiyyətlə, bədii ədəbiyyatı çox üstələyib. “Bədii ədəbiyyat öz ömrünü bitirib” deməyə isə dilim gəlmir... Mərhum qələm dostum və tərcüməçi həmkarım Səyavuş Məmmədzadə ömrünün son illərində qəti olaraq bu fikrə gəlmişdi...

-Səyavuş Məmmədzadə ilə münasibətlərinizin kökündə nə dururdu?

-Səyavuşun təbirincə söyləsək, sadəcə, ünsiyyət. O, çox savadlı ziyalı idi...

- Bildiyimə görə, cağdaş rus şairi Dmitri Mizqulinin “Şam” kitabını da birlikdə tərcümə etmisiniz?

- Hə, rus dilindən tərcümə sahəsində bizim bir neçə dəfə belə layihələrimiz olub. Çağdaş Rusiya ədəbiyyatından tərcümələr etmişik. Rus nasirlərindən Yeremey Aypinin, Sergey Kozlovun bir neçə əsərini birlikdə tərcümə etmişik.

- Amma siz ötən əsrin səksəninci illərində Vasili Belovun yaradıcılığına tərcüməçi kimi müraciət eləyəndə, bəlkə də Səyavuş müəllimlə tanış deyildiniz?

-Yadımda deyil, amma onu xatırlayıram ki, məni Vasili Belovun əsərlərini tərcümə etməyə unudulmaz dostum Natiq Səfərov  həvəsləndirmişdi. Həm də o zaman tərcüməyə yaxşı qonarar verirdilər, hətta o dövrdə heç yerdə işləmədən qonararla dolanan yazıçılar var idi...

-Yeri gəlmişkən, hazırda ədəbi əsərlərə verilən qonararla razısınızmı?

- Əlbəttə, yox, bu günün yazıçıları, tərcüməçilər fədakarlardı. Onlar bilə-bilə ki, yazılarına, tərcümələrinə qonarar almayacaqlar, yenə də tərcümə eləyirlər.

- Sizcə, belələri çoxdurmu? 

- Hər halda var, az deyil.

- Kimləri deyə bilərsiniz?

- Məsələn, onlardan Azad Yaşarın adını çəkə bilərəm. Bilirəm ki, o, “Azərbaycan” jurnalında  çap olunan tərcümələrinə görə sovet dövründə verilən qonararla müqayisədə hazırda on dəfə az qonarar alır, amma yenə də qələmini yerə qoymur. Xatirəmdədir, Səyavuş müəllim də tərcümə sahəsində Azad kimi işgüzar idi, yorulmaq bilmirdi.

- Siyavuş müəllimlə ünsiyyətinizin səbəbləri məlumdur. Bəs xalq şairi Fikrət Qoca ilə sizi nə bağlayırdı?

- Biz Fikrətlə otuz il birlikdə ova getmişik, yoldaş olmuşuq. Əsil yoldaş  harda tanınar? Əlbəttə ki,  yolda.

- Qərbi Azərbaycanlıların taleyi ilə bağlı trilogiya (“Köçürülmə”, “Qara güzgü”, “Qısa qapanma” romanları) ərsəyə gətirmisiniz. Bu ədəbi əsərləri o dövrdə nəşriyyat necə qarşılamışdı? Maraqlı məqamlara rast gəlmişdinizmi?

- Mən “Köçürülmə”ni sovet dövründə yazmışam, elə bir zamanda ki, çap olunacağına gümanım çox az idi. Amma elə həmin ərəfədə Bakıda “Karvan” adlı yeni bir ədəbiyyat dərgisi açıldı. Bu nəşr təxmini o dövrdəki sovet ədəbi quruluşunda populyarlıq qazanmış “Roman qazeta” tipli bir ədəbi orqan idi. Qərara gəldim ki, romanı elə bu dərgiyə təqdim edəcəm. “Köçürülmə”, “Karvan”ın rəsmi maneələrini (peşəkar rəyçilərin qeydlərini nəzərdə tuturam) aşaraq yüksək tirajla yayımlanan həmin jurnalda çap olundu. Daha  sonra isə mən bu əsəri kitab halında nəşr etmək üçün “Gənclik” nəşriyyatına müraciət  etdim. Nəşriyatda Baş redaktor məni elə gözləmə otağında sevindirdi, Hidayət müəlllim xoş bir görkəmdə məni qarşılayaraq “biz “Köçürülmə”ni artıq plana salmışıq, narahat olma” - dedi. 

“Qara güzgü” ilə “Qısa qapanma”nı isə son illərdə yazmışam. “Qara güzgü”nü  “Köçürülmə”nin əvvəli, “Qısa qapanma”nı isə sonluğu kimi nəzərdə tutmuşam. Bu əsərləri akademik Nizami Cəfərovun təqdimatı ilə “Azərbaycan”  jurnalında nəşr etdirsəm də, umduğum nəşriyyatların da biganəliyini sezəndən  sonra doğmalarımın taleyi ilə birbaşa bağlı olan bu əsərləri öz vəsaitimlə  nəşr etdirmək qərarına gəldim. 70 yaşım tamam olanda “Natəvan” ədəbi klubunda kitablarımı oxucularıma təqdim etdim. Ancaq bir müddət keçəndən sonra “Qısa qapanma”nı nəşr etmək üçün bir müştəri  çıxdı. Bu,  “Mücrü”  nəşriyyatı idi.

- Sonra “Qısa qapanma”  Ukraynada da çap olundu.

- Bəli, bu, birbaşa Xalq yazıçısı Elmira Axundovanın xidməti sayəsində mümkün oldu. 

- Elmira xanımla əməkdaşlığınız əvvəllər olmuşdumu?

- Əlbəttə. Onun Heydər Əliyevlə bağlı bəzi kitablarının redaktəsi mənə aiddir, hətta bir kitabın tərcüməsini də mən etmişəm.

- Bildiyimizə görə, “Köçürülmə” əsəriniz 2024-cü ildə teatrda tamaşaya qoyulmalı idi...

- Doğrudur,  keçən il Bakı Bələdiyyə Teatrının belə bir planı var idi. Mən  baş rejissorun bu təklifinə də müsbət yanaşdım. Mənə elə gəlir ki, bu məsələdə çox şey Mərahim Fərzəlibəyovdan asılıdır. Umidvaram ki, tamaşa bu il səhnəyə qoyular.

- Sizin “Təbriz almaları”, “Nərdivan”, “Yeddi dağdan o yana”  kimi pyesləriniz Akademik Dövlət Dram teatrlarında oynanılıb. Sizcə, indi bu pyeslərin yada düşməməsinin səbəbi nədir?

- Nə deyim, yəqin ki, günün tələblərinə cavab vermir. Mən vaxtilə o pyesləri Mədəniyyət Nazirliyinin sifarişi ilə qələmə almışdım. Etiraf edim ki,  qonarar xatirinə.

- Bir dəfə gənc vaxtlarında Səməd Vurğun olmaq istədiyinizi də dilə gətirmişdiniz.

- Hə... Yeniyetmə çağlarında belə bir duyğu yaşamışdım və sonralar da bunu dilə gətirmişdim. Bu günün özündə belə hansı gənc Səməd Vurğun kimi bir şair olmaq istəməz? Görəsən, elə bir azərbaycanlı varmı ki, Səməd Vurğunun “Azərbaycan” şerinin heç olmasa iki-üç  bəndini, sətrini əzbər bilməsin? Axı, bu şeirin, və eləcə də şairin yüzlərlə mənzum əsərinin heç bir siyasətə-filiana dəxli yoxdur.

- Son vaxtlar gündəmi zəbt edən bir mövzu var, Əlisa Nicatın Səməd Vurğunu “yaltaq”  adlandırmasına mövqeyiniz necədir?

- Sözün bu yerində belə bir atalar sözü yadıma düşür, “dəliyə yer ver, əlinə bel ver”. İndi, məncə, günah Əlisanın əlinə bel, yəni meydan verənlərdədir, Əlisa özgə nə deyə bilər ki? Məncə, Səməd Vurğunun ünvanına nalayiq bir ifadə işlətmək 70 illlik sovet tariximizdən imtina deməkdir? Bu mümkündürmü? Axı,  o dövrdə hansı ziyalı sovet ideologiyasına qucaq açmayıb? Əlbəttə, istisnalar təbiidir. Amma Səməd Vurğundan söhbət gedirsə, demək söz bu xalqın ünvanına deyilir.

- Sizcə, Azərbaycan yazıçıları niyə dünya auditoriyasına çıxa bilmirlər?

- Həqiqətən, çətin sualdır, amma cavab verməyə çalışacam. Dünyaya  çıxmaq üçün gərək öz dünyandan imtina eləyəsən. Məsələn, Nobel mükafatı Orxan Pamuk kimi... Öz xalqının əleyhinə yazasan, Paulo Kuelyo kimi pornoqrafik hekayələr uydurasan və s. Son illər belə yazarlar daha çox Asiya ölkələrində - Çində, Əfqanıstanda meydana gəlir, amma nə bilmək olar, bəlkə növbə bizə də  çatacaq?  ... İnternet onsuz da bütün dünyanı bir ocaq başına yığıb...

- “Kulis.az”da ara-sıra barənizdə gənclərin yazıları dərc olunur.  Sizcə,  gənc  yazarların sizə qarşı rəğbəti nə ilə bağlıdır?

- Mən özüm də belələrinə rast gəlmişəm. Məncə,  bunu o gənclərin özündən soruşmaq lazımdır. Sezmişəm ki, onların əksəriyyətini qane eləyən lirik təhkiyədir,  yazı üslubudur. Mən bir qayda olaraq, əlimə qələm alandan öz acılarımı,  nisgillərimi yazmışam və məncə elə o müstəvidə də oxucu ilə yollarımız kəsişib. Belə görünür ki, hələ də kəsişəcək.

- Məncə “Köçürülmə” də, bu qəbildən olan əsərlərinizdən biridir. Orada təsvir olunan hadisələri necə, yaşamısınızmı?

- 1951-ci ilin payızında Böyük Vedidən köçürüləndə mənim beş yaşım olub... Bütün köç  prosesi indi də gözlərimin önündədir...

- Qayıdışa münasibətiniz necədir?

- Əlbəttə, nikbin! Çox  çəkməz, MDB məkanında olduğu kimi, Qafqaz ölkələri arasında da gediş- gəliş vizasız olacaq. Mən o zaman mütləq doğma yerlərə gedəcəyəm. Gecələr Vedi  çayının  səsi bizim evimizdə eşidilirdi və o səs hələ də mənim beynimdədir.

- Sizin nikbinliyiniz insanı sevindirir...

- Səməd Vurğunun müasiri olan xalq şairi Rəsul Rzanın belə bir misrası yadıma düşür; dənizlər üzərindən körpülər  atılacaq, sərhəd dirəklərindən yollar  çəkiləcək. İnan buna oğlum, qızım, insan...Yaşamaq olarmı inanmasan?

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see130

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see122

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see116

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

17 İyul 2025 12:26see110

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see109

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri