Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Yaşar Nurini xatırlayırıq Sənətkarın anım günü

Yaşar Nurini xatırlayırıq Sənətkarın anım günü

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın Xalq artisti, unudulmaz sənətkar Yaşar Nurinin xatirə günüdür – onun vəfatından artıq 13 il keçir.

"Yeni Sabah" xəbər verir ki, Yaşar Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində, aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdi. İlk dəfə səhnəyə cəmi on bir yaşında – Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilən “Toy kimindir?” tamaşasında Tapdıq obrazını canlandıraraq çıxmışdı.

1968-ci ildə paytaxtdakı 173 nömrəli məktəbi bitirən sənətkar elə həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşdu. Tələbəlik illərində o, “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov kimi xarakterik obrazlar yaradaraq diqqət çəkmişdi.

1972-ci ildə institutdan məzun olduqdan sonra bir il hərbi xidmətdə olub və daha sonra tədris teatrında çalışmağa başlayıb. 1974-cü ilin 1 dekabrında isə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə teatr truppasına qoşulub.

Səhnənin tanınmış simalarından olan Yaşar Nuri həm də kino sahəsində böyük şöhrət qazanmışdı. O, 50-yə yaxın bədii filmdə çəkilmiş, televiziya üçün hazırlanan yüzdən artıq tamaşa, satirik səhnəcik və kompozisiyalarda iştirak etmişdir.

Ramiz Həsənoğlunun quruluş verdiyi “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, həmçinin Tariyel Vəliyevin çəkdiyi “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında ərsəyə gələn “Ac həriflər” televiziya tamaşaları onun sənət yolunda mühüm mərhələlər olub.

Kino karyerasına rejissor Şamil Mahmudbəyovun “Dörd bazar günü” filmində canlandırdığı Seyran obrazı ilə başlayıb. “Əzablı yollar” filmindəki kiçik div, “Yol əhvalatı”ndakı Makintoş rolu isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Vaqif Mustafayevlə əməkdaşlığı nəticəsində ərsəyə gələn “Musiqili xaş” və “Bəyin oğurlanması” filmlərindəki tiplər, xüsusilə də İsrafil obrazı sənətkarın unudulmaz işləri sırasında xüsusi yer tutur. Onun “Yaramaz” filmində Maşallah, “Lətifə”də Məmməd, “Qətl günü”ndə Mahmud doktor, “Nə gözəldir bu dünya...”da Asim Əliyeviç rolları tamaşaçı yaddaşına həkk olunub. “Hər şey yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” kimi filmlər də aktyorun fərqli yaradıcılıq palitrasını göstərir.

Bu obrazları sevdirən ən əsas cəhət isə Yaşar Nurinin böyük istedadı və sənətə olan dərin bağlılığı idi.

Sənətkar uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakıdakı Dövlət Gömrük Komitəsi Tibbi Xidmətinin Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri