Icma.az
close
up
RU
Yaşayış minimumunu artıran dəyişiklik İqtisadçı detalları açıqladı

Yaşayış minimumunu artıran dəyişiklik İqtisadçı detalları açıqladı

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik edilir. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

Məsələni şərh edən iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, mövcud qanunvericilik sosial sahəyə aid müəssisələr üçün bu normaların təsdiqini nəzərdə tutmurdu və bu da onların institusional imkanlarını məhdudlaşdırırdı.

Onun sözlərinə görə, yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq: “Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşdirilərək təsdiq olunacaq. Bu da qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcək.”

İqtisadçı vurğulayıb ki, yeni istehlak səbəti əvvəlki dövrdə artan xərcləri də nəzərə almağa imkan verəcək və bu, hazırda 285 manat olan yaşayış minimumunun gələcəkdə artırılmasına zəmin yaradacaq:

“Bu dəyişikliklər xüsusilə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşların müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır,” – deyə Vüqar Bayramov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri