Növbəti ildə pensiyaların nə qədər artacaq? İqtisadçı detalları açıqladı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də növbəti ildə pensiyaların nə qədər artacağıdır.
Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları dövlət başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun artırılır.
Yəni əvvəlki il maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin səviyyədə qaldırılır. 2024-cü ildə orta aylıq əməkhaqqının 6 faiz artacağı proqnozlaşdırılıb. Lakin ilin yanvar-sentyabr aylarında bu göstərici 8 faiz olub.
İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, 2025-ci ildə əmək pensiyalarının 9 faiz artırılacağı gözlənilir:
"Bundan başqa, dövlət başçısının qarşıdakı ildə növbəti sosial paketin həyata keçiriləcəyini elan etməsi minimum pensiya məbləğində artımın olacağı ilə bağlı gözləntilər yaradıb. R.Həsənov minimum pensiya məbləğinin 280 manatdan 300-310 manata qədər artırılacağını ehtimal edir".
Daha ətraflı süjetdə:
Növbəti ildə pensiyaların nə qədər artacaq? - İqtisadçı detalları açıqladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















