Icma.az
close
up
RU
Yasdan canlı yayım açırlar, ayıbdır

Yasdan canlı yayım açırlar, ayıbdır

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrin həyatımızın mərkəzinə çevrilməsi fərdlərin ən ağır günlərini və şəxsi itkilərini milyonlarla insanla bölüşməsi ənənəsini formalaşdırıb. Bu proses ilk baxışda mənəvi dəstək axtarışı kimi görünsə də, əslində sosioloji baxımdan daha dərincə təhlil edilməli olan məqamları üzə çıxarır.
Məsələ ilə bağlı Demokrat.az-a fikir bildirən sosioloq Elçin Bayramlı qeyd edib ki, bu tendensiyanın kütləviləşməsi cəmiyyətdə ciddi dəyişikliklərə yol açır.
"Sosial şəbəkələrin və internetin inkişafı insanların həyatının hər anını virtual aləmə çevirməsinə səbəb olur. İnsanlar artıq hər şeyi yaşamağa və göstərməyə çalışırlar. Bu isə ciddi psixoloji sindromdur, həm də sosial qıcıq yaradan problemdir. Şəxsi faciələr insanın özü, ailəsi və yaxınları ilə bölüşməli olduğu məsələlərdir. Bunların səni tanımayan, uzaq şəhər və ölkələrdə yaşayan insanlarla heç bir əlaqəsi yoxdur. Onları ictimailəşdirməyin mənası yoxdur. Bununla belə, bəzi hallarda insan çıxılmaz vəziyyətə düşə bilər, ona kömək etmək mümkündür və bu zaman cəmiyyətə, xeyriyyə təşkilatlarına və ya dövlət orqanlarına müraciət etmək normaldır. Amma hər kiçik və ya iri şəxsi problemi, faciəni davamlı şəkildə sosial şəbəkələrdə və ya canlı yayımlarda göstərmək artıq qəbul olunan normal deyil. Bu insani xüsusiyyət deyil və buna heç bir ehtiyac yoxdur. Buradakı məqsəd də çox vaxt başa düşülmür".

Sosioloq bildirib ki, bir çox insan sanki belə bir “xəstəliyə” tutulub ki, hər anını, hər hərəkətini sosial şəbəkələrdə, hətta canlı yayımda paylaşmalıdır. 
"Bəzi hallarda yas mərasimlərindən, dəfn mərasimlərinə qədər hər şeyi canlı yayımlayırlar ki, bu da ayıbdır. Bu davranış psixoloji sindromdur. İnsan bunu özünü təsdiqləmə və ya diqqət cəlb etmə forması kimi edir. Bu, diqqətsizlik və qayğısızlıqla bağlı psixoloji bir problemdir. Əgər insan ətrafında tənhadırsa və diqqət, qayğı görmürsə, o özünü göstərməyə çalışır. Cəmiyyətdə belə halları dəb kimi təqdim etmək və normal hesab etmək düzgün deyil. Təəssüf ki, bizdə əksinə, cəmiyyət buna dəstək verir və həvəsləndirir. Nəticədə uşaqlardan tutmuş böyüklərə qədər hər kəs bütün diqqətini və enerjisini bunun üzərinə yönəldir. Şəxsi problemləri, faciələri canlı yayımda və ya video çəkib yaymaq isə heç bir müsbət təsir yaratmır".
Onun sözlərinə görə, yalnız ciddi yardım lazım olan hallarda, insan ağır vəziyyətdədirsə, yardım xahişi ilə cəmiyyətə müraciət etmək normaldır. 
"Bundan başqa digər hallarda bunun heç bir mənası yoxdur. Belə davranış sadəcə psixoloji bir problemdir. İnsanlar vaxt və enerjilərini işlərinə, öz inkişaflarına, insanlarla ünsiyyətə, kitab oxumağa və digər faydalı işlərə sərf etsələr, daha düzgün olardı".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri