Yaşı 60 dan çox olanların NƏZƏRİNƏ
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir.
Report.az xəbər verir ki, bu məsələ İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məruzədə qeyd olunub ki, 60 yaşdan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi təklif edilir.
Hazırkı qanunvericiliyə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, eləcə də əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Məruzədə yer alan digər təkliflərdən biri isə dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsidir.
DOĞRU.AZ
Baxış sayı:84
Bu xəbər 01 Mart 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















