Yaşıl Azərbaycana Doğru Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli QHT Forumunun ofisində bir qrup QHT sədri və vətəndaş cəmiyyəti fəalı "Yaşıl Azərbaycana Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyasının yaradılması haqqında razılığa gəlib.
Bu barədə Koalisiyanın İdarə Heyətinin üzvü, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, Koalisiyada "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi, "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi, "Peşəkar Psixoloqlar" İctimai Birliyi, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi birləşib. Bundan başqa Koalisiyada vətəndaş cəmiyyəti fəalları, gənc ekoloqlar da təmsil olunacaq.
QHT sədri qeyd edib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti şəbəkəsi olan Koalisiya öz fəaliyyətini Əsasnaməsinə və müvafiq qanunvericiliyə uyğun olaraq quracaq. Koalisiyanın məqsədi vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb etməklə ölkəmizdə ekoloji maarifçiliyi təbliğ etmək və inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək Azərbaycanda təbiq olunması üşün qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir.
Qurum aktual mövzularla bağlı konfranslar, seminarlar, dəyirmi masalar, o cümlədən virtual müzakirələr keçirməyi nəzərdə tutur. Koalisiya həmçinin ekoloji problemlərin həlli ilə bağlı cəmiyyət və KİV münasibətlərinin qurulmasına yardımçı olacaq.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















