Icma.az
close
up
RU
Yaşıl biznesə keçid üçün MÜHÜM ADDIM “ESGAzerbaijan” portalı İSTİFADƏYƏ VERİLDİ

Yaşıl biznesə keçid üçün MÜHÜM ADDIM “ESGAzerbaijan” portalı İSTİFADƏYƏ VERİLDİ

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanda yaşıl biznesi və ESG standartlarını təşviq edən “ESGAzerbaijan.az” portalı istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, “ESGAzerbaijan.az” şirkətlərin və cəmiyyətin ekoloji, sosial və idarəetmə sahələrində daha davamlı və məsuliyyətli fəaliyyət göstərməsini dəstəkləyən bir platformadır.
Yaşıl biznes nədir?
Yaşıl biznes (Green business) ətraf mühitə minimal təsir göstərən, ekoloji cəhətdən davamlı və sosial məsuliyyətli biznes modelidir. Yaşıl biznesə üstünlük verən şirkətlər dayanıqlı istehsal metodlarından istifadə edir, təbii resursları qoruyur və tullantıları minimuma endirməyə çalışır.
ESG anlayışı

ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) şirkətlərin ətraf mühitə təsirini, maraqlı tərəflərlə münasibətlərini və daxili idarəetmə təcrübələrini qiymətləndirmək üçün istifadə etdiyi meyarlar toplusudur. ESG prinsipləri qeyri-maliyyə riskləri və imkanlarını nəzərə almaq məqsədilə sənaye sahələrindəki şirkətlər üçün mühüm standart hesab olunur.

ESG-nin əhəmiyyəti
İqlim dəyişikliyi, bərabərsizlik və xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata keçid kimi qlobal problemlərlə üzləşdikcə ESG təcrübələrinə ehtiyac artır. Bu gün ESG amilləri şirkətin investisiyanı təminetmə qabiliyyətini qiymətləndirməkdə mühüm rol oynayır. Çünki bir çox investor potensial investisiyaları qiymətləndirmək üçün ESG meyarlarından istifadə edir.
ESG qiymətləndirməsi nədir?
ESGAzerbaijan.az” platformasının əsas üstünlüklərindən biri də şirkətlərin ESG qiymətləndirməsinin aparılması üçün xüsusi modulun yaradılmasıdır.

ESG qiymətləndirməsi, şirkətlərin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrindəki performansını ölçən bir sistemdir. ESG qiymətləndirməsi şirkətlərin ətraf mühitə təsirini, sosial məsuliyyətlərini və idarəetmə standartlarını nəzərə alaraq, riskləri və imkanları daha yaxşı anlamağa kömək edir. ESG qiymətləndirməsi investorlar və maraqlı tərəflər üçün daha şəffaf və etibarlı qərarların qəbulunu dəstəkləyir, eyni zamanda uzunmüddətli dayanıqlı böyüməni təşviq edir.
ESG qiymətləndirmə modulu
Şirkətlər “ESGAzerbaijan.az” portalının “Scoring” bölməsinə daxil olaraq fəaliyyətlərinin ESG prinsiplərinə uyğunluq səviyyəsini müəyyən edə bilərlər.
ESG qiymətləndirmə modulu beynəlxalq və milli standartları əsas götürməklə şirkətlərin ESG prinsiplərinə uyğunluğunu hesablamaq üçün nəzərdə tutulub. Bu modul daxil edilən məlumatlar əsasında şirkətin ESG sahəsindəki vəziyyətini qiymətləndirir.
Bundan əlavə, “ESGAzerbaijan.az” portalı ESG qiymətləndirməsinin nəticələrinə uyğun olaraq, şirkətin ESG standartlarına uyğunluğunun daha da təkmilləşdirilməsi üçün məsləhət, konsultasiya xidmətləri, o cümlədən təlim və inkişaf proqramları təklif edir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri