Icma.az
close
up
RU
“Yaşıl dünya naminə həmrəylik ili”ndə YAPın “yaşıl” siyasət prioritetləri

“Yaşıl dünya naminə həmrəylik ili”ndə YAPın “yaşıl” siyasət prioritetləri

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Partiyaların ictimai düşüncənin ekoloji maraqlarından qaynaqlanan “yaşıl” siyasəti

GÜNEL MƏMMƏDOVA
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin və Yeni Azərbaycan Partiyasının üzvü, Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri

Son illərdə dünyanın müxtəlif ölkələrində aparılan müşahidələr və elmi tədqiqat mərkəzlərinin araşdırmaları göstərir ki, cəmiyyətin müxtəlif yaş və sosial qruplarından olan vətəndaşlar üçün təmiz ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə həyati vacib məsələlərdir. Hətta üzvü və ya siyasi baxışlarına görə tərəfdarı olduqları partiyaların ekologiya problemlərini diqqət mərkəzində saxlayıb-saxlamaması, bu problemlərin həlli naminə göstərdikləri fəaliyyət vətəndaşların birbaşa maraq dairəsinə daxildir.

Siyasi partiyalar, onların liderləri milli və beynəlxalq səviyyədə dövlət siyasətinin formalaşmasında mühüm rol oynayan əsas aktorlardır.Bu, hökumətlərin formalaşmasına vəsiyasətinin müəyyənləşdirilməsinə birbaşa təsir göstərir.Hakimpartiyaların müəyyənləşdirdikləri milli strategiyalar iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələrin potensialına və tətbiqi istiqamətlərinə kömək edir.Müxalifət partiyaları isə problemlər üçün alternativ modellər hazırlayıb iqtidara təqdim edirlər.

Məhz sadaladığımız bu və digər səbəblərı görə, günümüzdə seçki proseslərinə qatılan partiyaların seçki proqramında, təbliğat və təşviqat kampaniyasında, seçkisonrası fəaliyyətində onların yaşıl siyasətinin tutduğu mövqe mühüm əhəmiyyət kəsb edir.

Aparılan sosioloji araşdırmalara görə, bu gün ekoloji problemlər qlobal cəmiyyətin mütləq əksəriyyətini narahat etsə də, seçkilərdə iştirak edən siyasi partiyaların heç də hamısı öz proqram və seçki perspektivlərində ekoloji problemlərə yer vermirlər. Beləliklə, siyasi diskurslar, təşviqat kampaniyaları, partiyaların təbliğat və fəaliyyət proqramları onların iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri önəmi əks etdirirlər.

Mütəxəssislərin fikrincə, ictimai düşüncə partiyaların “yaşıl” siyasətində mühüm yer tutduğu kimi, siyasi liderlər və partiyalar da öz növbələrində fəaliyyətləri, ictimai bəyanatlarıyla cəmiyyətinətraf mühitin qorunması, qlobal iqlim dəyişikliyi ilə mübarizə barədə təsəvvür və düşüncələrini formalaşdırır.Partiyaların öz seçki kampaniyalarında iqlim dəyişikliyi ilə mübarizəyə önəm verməsi seçiciləri bu məsələdə daha şüurlu olmağa və dayanıqlı həyat tərzini mənimsəməyə sövq edə bilər.Bu, müasir dünya ölkələrində fəaliyyət göstərən partiyaların yaşıl siyasətinin əhəmiyyətini izah edən ikinci taleyüklü səbəb kimi dəyərləndirilir.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycanda prezident və parlament seçkiləri

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı iləAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü il mühüm hadisələr, dövlət və milli maraqlara xidmət edən ciddi nailiyyətlər ilə tarixə və yaddaşlara yazılır.Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq eyni təqvim ilində həm prezident, həm də parlament seçkilərinin keçirilməsi qəlbləri riqqətə gətirənmühüm məsələlərdəndir.

Həm ölkəmizdə, həm də regionda yaranan yeni reallıqlar fonunda “yaşıl” dünya naminəYAP-ınekolojisiyasətinin milli maraqlara əsaslananmühüm prioritetləribu il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində partiyanın sədri və prezidentliyə vahid namizədi cənab İlham Əliyevin seçki platformasında da aparıcı mövqe tutub. Hakim partiya sədrinin seçki platformasıilə yaxından tanış olan hər bir seçici onun biliktutumlu iqtisadiyyatın gücləndirilməsi, ekoloji tarazlığın qorunması və ekoloji təmiz iqtisadi fəaliyyətin təşviq edilməsi,işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin olunması məqsədiləekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, ölkəmizin yeni dünya reallıqları fonunda xarici siyasətinin prioritetləri, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi məsələlərinə həsr olunmuş taleyüklü hədəflərinin hər birində onun yaşıl siyasətinin təzahürünə şahid olub.

Növbədənkənar prezident seçkilərinin təşviqat prosesində YAP-ın“yaşıl” təbliğat siyasəti onun sədrinin perspektivdə duran mühüm hədəflərində, habelə cənab Prezidentin daxili və xarici siyasətdə milli maraqlara xidmət edən gündəlik fəaliyyətində, keçirdiyi görüşlərdə, imzaladığı mühüm sənədlərdə də yer alıb.

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev “... təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək” – deyə növbəti 7 il müddətinə qarşıya qoyduğu “yaşıl” siyasət hədəflərinin müxtəlif istiqamətlərindən söz açıb.Qarabağda, Şərqi Zəngəzurda içməli su xətləri, elektrik enerjisi və s. ilə bağlıekoloji infrastruktur layihələrinin davam etdiriləcəyindən, ölkəmizin ildən-iləartan bərpaolunan enerji potensialından və“yaşıl” enerji layihələrindən, onun yaşıl diplomatiyasından, bu ilBMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıvə Dünya Urban Forumuna ev sahibliyi edəcəyindən, digər mühüm işlərdən ətraflı bəhs edib, yerli televiziya kanalları təmsilçilərinin suallarını cavablandırıb.

Yanvarın 16-da YAP-ın sədri və prezidentliyə namizədi İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

Yanvarın 22-də İlham Əliyevin Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunda həyata keçirilən inşaat, infrastruktur, abadlıq işləri ilə tanışlıq səfəri Azərbaycanın rəmzlərindən biri kimi tanınan dağdağan ağacının əkilməsi ilə də yadda qalıb. Yeri gəlmişkən, 2021-ci ildə cənab Prezident azad edilmiş ərazilərinə səfəri zamanı Ağdam şəhərində dağdağan ağacı əkib. Ağ Şəhərin Mərkəzi Park Rayonu ərazisində salınan Dağdağan bağına adıçəkilən ağaclar Qarabağdan gətirilib. Qeyd edək ki, Ağ Şəhərin ekoloji ənənələrə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə uyğunlaşdırılması qarşıya məqsəd qoyulub.

Prezident İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. COP29-un keçirilməsi ilə bağlı ölkəmizin gördüyü hazırlıq işlərini yüksək qiymətləndirən S.Stil təmsil etdiyi Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.

Adıçəkilən görüşdən təxminən bir ay öncə cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün VI sessiyasının Prezidenti müəyyən edilib. İlham Əliyevin 13 yanvar tarixli digər Sərəncamıyla, isə Təşkilat Komitəsi yaradılıb.

Fevral ayının 7-də keçirilən seçkilərdə YAP-ın sədri cənab İlham Əliyev böyük səs çoxluğu ilə növbəti yeddi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Və seçkilərdən sonra keçən hər gün cənab Prezidentin seçki platformasında yer almış yaşıl siyasət hədəflərinin günbəgün reallaşdığının, ölkəmizə yeni nailiyyətlər qazandırdığının şahidi oluruq. Məsələn, fevral ayının 21-də imzaladığı Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisində “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqındaSərəncamı Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsiməqsədilə yanaşı, ətraf mühitin qorunması naminə ölkə rəhbərinin yaşıl siyasətinin başqa bir istiqamətinin təzahürünü özündə əks etdirir.

Bu ilin aprelində “Azərkosmos”un təqdim etdiyi “Yaşıl siyasət” sənədi və “Azersky” peyki sayəsində ərsəyə gələnrəqəmsal iqlim platformasıcənab Prezidentin simasında hakim partiyanın rəhbərlik etdiyi Azərbaycan hökumətinin “Yaşıl dünya naminə həmrəylik ili”ndəərsəyə gələn mühüm uğurlarındandır.

Cənab İlham Əliyevin Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı və bu mötəbər tədbirdə çıxışı, “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyaya işgüzar səfəri və burada keçirdiyi görüşlər, Pakistan İslam Respublikasına dövlət səfəri, daha sonra ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul etməsi və burada müzakirə olunan məsələlər,Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü,Bakıda Zəfər parkında və “Gənclik” metrosu yanında yaradılan yeni parkda aparılan tikinti işləri ilə tanışlığı, Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirakı, “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncamı, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”nun imzalanması – bu sadaladıqlarımız prezident seçkilərindən sonra keçən çox qısa zaman kəsiyində YAP sədrinin çoxşaxəli “yaşıl” siyasət fəaliyyətinin real nəticələrinin çox az bir hissəsidir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəmi bir neçə gün qalıb. “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan YAP-ın bu dəfəki seçki platformasında da yaşıl siyasət önəmli mövqedə yer alıb.

Hakim partiyanın yaşıl seçki kampaniyası

Qlobal iqlim dəyişikliyi ilə mübarizə barədə araşdırmalar aparan mütəxəssislərin, ekoloq və sosioloqlarınönəm verdikləri məsələlərdən biri də ekoloji təmiz seçki kampaniyasının keçirilməsidir.Hətta bəzi siyasi partiyalar təbliğat kampaniyasının klassik üsullarının ətraf mühitə çox ziyan vurduqlarını düşünürlər. Beləliklə, dünyanın qabaqcıl ölkələrində klassik seçki kampaniyası öz yerini yeni rəqəmsal, innovativ, ən əsası yaşıl təşviqat kampaniyasına verir. Dünyanın müxtəlif ölkələrində aparılan sosioloji sorğulardan da aydın görünür ki, yaşıl seçki kampaniyası siyasi partiyalara təbliğat-təşviqat prosesində, həmçinin səsvermə zamanı mühüm üstünlük qazandırmaq iqtidarındadır.

Akustik küy çirklənməsi, informasiya çirklənməsi,açıq havada ətraf mühitə mənfi təsir edən plastik materiallardan hazırlanmış reklam bilbordları, səsgecləndirici avadanlıqlardan istifadə – bütün bunlar yaşıl seçki kampaniyasına zidd ünsürlər hesab olunur.

Bu gün qlobal iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl siyasətdə dünya dövlətləri arasında ilk yerlərdə mövqe tutan ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən prezident və təbliğat prosesinin son günlərini yaşadığımız parlament seçkilərində YAP-ınseçki kampaniyasını meydanlarda akustik və ətraf mühitin küy çirklənməsinə səbəb olan kütləvi təbliğat aksiyaları şəklində deyil, ekoloji təmiz və rəqəmsal təbliğat-təşviqat fəaliyyəti formasında ətraf mühitə və insanlara dəyər verən seçki kampaniyası aparması seçiciləri tərəfindən böyük rəğbət qazanıb.

Beləliklə, yuxarıda göstərilən faktlar cənab Prezidentin rəhbərliyi altında hakim Yeni Azərbaycan Partiyasının, hökumətin ölkəmizin milli yaşıl siyasətinin beynəlxalq ekoloji siyasətlərə uğurlu inteqrasiyasına nail olduğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1113

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see256

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri