Icma.az
close
up
RU
Yaşıl inkişafın yeni mərhələsi ŞƏRH

Yaşıl inkişafın yeni mərhələsi ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün ölkəmizin müxtəlif bölgələrində bərpaolunan enerji növlərinin inkişafı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri kimi xüsusi önəm daşıyır. Son illər dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, qəbul olunan strateji proqramlar və beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlıq bərpaolunan enerjinin sürətlə inkişafına güclü təkan verib. Azərbaycan həm iqtisadi, həm siyasi, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelinə keçid etməklə öz enerji sistemini müasirləşdirir və klassik enerji asılılığını tədricən azaldır. Xızı-Abşeron və Qaradağda qurulan böyük külək və günəş elektrik stansiyaları, Naxçıvanda uzun illərdir uğurla tətbiq edilən alternativ enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yaşıl enerji zonası ölkəmizin bu sahədə nə qədər ciddi və məqsədyönlü siyasət apardığını göstərir. Bu stansiyaların fəaliyyətə başlaması enerji istehsalının həcmini artırmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirir, enerji ixrac imkanlarını genişləndirir, Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir. Bərpaolunan enerji mənbələrinin inkişafı təkcə iqtisadi sahədə deyil, ekoloji mühitin qorunmasında da mühüm rol oynayır. Karbon emissiyalarının azaldılması, atmosferin çirklənməsinin qarşısının alınması, təbiətə zərərin minimuma endirilməsi kimi məsələlər bu sahədə görülən işlərin əsas məqsədlərindən biridir. Xüsusilə işğaldan azad olunmuş torpaqlarda yaşıl enerji konsepsiyasının tətbiqi həmin ərazilərin müasir standartlarla bərpasına, ekoloji cəhətdən təmiz və ağıllı şəhər modelinin formalaşmasına böyük imkan yaradır. Bu layihələr həmçinin investisiya mühitinin yaxşılaşmasına, beynəlxalq şirkətlərin ölkəmizə marağının artmasına, yeni texnologiyaların tətbiqinə və minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bununla yanaşı, bərpaolunan enerji sahəsinin inkişafı elmi-tədqiqat işlərinin genişlənməsinə, yerli mütəxəssis hazırlığının güclənməsinə və ölkəmizin innovativ inkişaf yolunda irəliləməsinə mühüm töhfə verir. Azərbaycan dünyanın enerji gündəmində artıq təkcə neft və qaz ölkəsi kimi deyil, həm də bərpaolunan enerji potensialı yüksək olan, qlobal enerji keçidinə fəal qoşulan dövlət kimi tanınır. Dövlətin ardıcıl siyasəti, güclü iqtisadi baza, beynəlxalq əməkdaşlıq və həyata keçirilən iri enerji layihələri gələcək illərdə bərpaolunan enerjinin ölkəmizin enerji sistemində daha böyük paya sahib olacağını göstərir. Bərpaolunan enerji sahəsində görülən işlər Azərbaycanın dayanıqlı inkişaf strategiyasına xidmət edir, həm iqtisadi gücümüzü artırır, həm də ekologiyanın qorunmasına, gələcək nəsillər üçün daha təmiz, daha sağlam və daha təhlükəsiz mühitin yaradılmasına mühüm töhfə verir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri