Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Yaşıl investisiya” dialoqu

“Yaşıl investisiya” dialoqu

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və qlobal investorlar arasında tərəfdaşlıq imkanları dəyərləndirilib

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında əsas müzakirə olunan mövzulardan biri “yaşıl enerji” mənbələrinin istehsalı və nəqlində birgə tərəfdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi ilə bağlı olub. Tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bölgədə həm də bərpaolunan enerji mənbəyinə malik zəngin ölkədir. Bu məsələ bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsini təşkil  edir və “yaşıl gündəlik” onu təsdiqləyir ki, bir çox ölkə, o cümlədən Avropa dövlətləri Azərbaycanın alternativ enerji güclərinə böyük maraq göstərir.

Dünyanın nüfuzlu şirkətləri ilə yeni sazişlər

Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Cari ilin yanvarında  “ACWA Power” tərəfindən maliyyələşdirilən regionun ən böyük külək elektrik stansiyasının açılışı olub. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı gözlənilir. Həmçinin, ötən il 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya qərarları imzalanıb. Ümumilikdə, ötən il də daxil olmaqla, son 3 ildə Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 45 şirkətin təmsil olunduğu “yaşıl enerji” alyansının formalaşması təmin edilib.

Avropa İttifaqı və ABŞ-la “yaşıl tərəfdaşlıq”

Məşvərət Şurasının iclasında çıxış edən Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin bildirdiyi kimi, enerji təhlükəsizliyinin gələcəyi təmiz keçid və elektrikləşmədədir. Avropa İttifaqında rekord templərlə bərpaolunan enerji imkanlar inkişaf etdirilir, 2025-ci ildə elektrik enerjisinin 45 faizi bərpaolunan mənbələrdən alınıb. Azərbaycanın ənənəvi yanacağın istehlakını azaltmaqla bağlı iradəsi və həyata keçirdiyi siyasət Aİ-nin prinsipləri ilə üst-üstə düşür. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan-Avropa İttifaqı dəyirmi masası da keçirilib ki, tədbirdə bağlantılar və ötürmə, bərpaolunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub. Tədbirdə Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.

Yeri gəlmişkən, Azərbaycan “yaşıl enerji” sahəsində ABŞ-la da sıx əməkdaşlıq qurub. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas istiqamətlərindən biri “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə dəstək verilməsi, fəal əməkdaşlıqdır. Azərbaycanın “yaşıl enerji” üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur. Bütün bunlar onu göstərir ki, ABŞ-ın “yaşıl enerji” proqramlarında Azərbaycanla birgə əməkdaşlığı üçün fürsət və mühit də formalaşıb.

Hədəf 2032-ci ilə qədər 6-8 giqavat elektrik enerjisi

Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir. Həmin resursların ixracı enerji diplomatiyasında mühüm yer tutrur. İxrac üçün ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birgə işlər aparılır. Hər iki xətt üzrə müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə işlər davam edir.

Qeyd edək ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi  2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə ərsəyə gəlib. Dörd ölkənin imzaladığı sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında tərəflər arasında yeni enerji əməkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin (“Qara dəniz” kabeli) icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. “Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan ediblər. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.

Beləliklə, Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olub. Ölkəmizin bərpaolunan enerji potensialının artması əsas hədəflərdən biri olan - “yaşıl enerji”nin Avropa İttifaqına nəqli üçün imkanları daha da artırmaqla, hədəfə daha tez çatmağı şərtləndirir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri