Icma.az
close
up
RU
KOB ların “yaşıl” keçidinə “yaşıl işıq!”

KOB ların “yaşıl” keçidinə “yaşıl işıq!”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda həyata keçirilən və icrası davam edən 18 layihəyə indiyə qədər 300 min manatdan çox qrant ayrılıb. Bununla yanaşı, bölgələrdə fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni kiçik və orta biznes subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə KOBİA-nın geniş infrastruktur şəbəkəsi var. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən iş adamlarına dəstək və xidmət göstərmək üçün KOBİA-nın KOB evlərinin, 50-dən çox şəhər və rayonu əhatə edən KOB dostu şəbəkəsinin və KOB inkişaf mərkəzlərinin səmərəli fəaliyyəti məhz bunun bariz ifadəsidir.

Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə indiyədək 930-a yaxın biznes subyektinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanmış sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb.

Agentlik bugünə qədər regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil edib. KOBİA-nın dəstəyi ilə hazırlanmış biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür.

Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi yolları barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub.

Yeri gəlmişkən, bu yerdə bir məqamı da xatırlatmaq istərdim. Belə ki, bu il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində KOBİA-nın stendi KOB-ların “yaşıl” iqtisadiyyata keçidinin və “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub.

Ümumiyyətlə, KOBİA-nın stendi Bakı Enerji Həftəsində “yaşıl” keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar üçün görüş və əməkdaşlıq platformasına çevrilib.

Xatırladaq ki, KOBİA-nın builki sərgidəki stendi kiçik və orta biznesin (KOB) “yaşıl” iqtisadiyyata keçidinin və COP29 çərçivəsində adıçəkilən agentliyin irəli sürdüyü “KOB-ların “yaşıl” keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub. Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb.

Qeyd edək ki, 20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların “yaşıl” keçidinə dair ilk qlobal təşəbbüsdür. Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların “yaşıl” iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir.

Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılıb və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılıb.

KOBİA-nın stendində tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunub. Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyıb.

V.BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyun 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri