Icma.az
close
up
RU
Yaşıl noxudun möcüzəvi faydaları

Yaşıl noxudun möcüzəvi faydaları

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaşıl noxud görmə və sinir sistemi üçün faydalıdır, qəbizliyin qarşısını alır və həzmi yaxşılaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim-diyetoloq Yekaterina Guzman danışıb. Onun sözlərinə görə, ən çox faydanı təzə, bağdan yeni dərilmiş yaşıl noxud verir.

"Yaşıl noxud — orqanizmdə toxumaların qurulması və bərpası üçün vacib olan bitki mənşəli zülalın yaxşı mənbəyidir. O, balanslı qidalanma üçün, xüsusən də idmanla və fiziki işlə məşğul olan insanlar üçün faydalı ola bilər. Yaşıl noxud A, C, K və B qrupu vitaminləri (xüsusilə fol turşusu), həmçinin dəmir, maqnezium, kalium, fosfor, sink və mis kimi minerallarla zəngindir. Tərkibindəki lif bağırsaq fəaliyyətini normallaşdırır, qəbizliyin qarşısını alır və həzmi yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa və xolesterini azaltmağa kömək edir. Antioksidantlar isə orqanizmdəki hüceyrələri sərbəst radikalların zədələməsindən qoruyur və xroniki xəstəliklərin inkişaf riskini azaldır", — deyə Guzman bildirib.

Bundan əlavə, yaşıl noxud görmə qabiliyyəti, ürək və sinir sistemi üçün də faydalıdır, həmçinin insanın əhvalına müsbət təsir göstərə bilər.

"Yaşıl noxudun tərkibindəki A vitamini və lutein göz sağlamlığı üçün vacibdir və yaşla bağlı görmə pozuntularının qarşısını almağa kömək edir. Kalium, maqnezium və lif isə normal qan təzyiqini saxlamağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. B qrupu vitaminləri, xüsusilə fol turşusu, sinir sisteminin normal fəaliyyəti üçün vacibdir, həmçinin əhval-ruhiyyəni və idrak funksiyalarını yaxşılaşdırır", — deyə Guzman əlavə edib.

Həkim həmçinin yaşıl noxudun hansı formada orqanizmə daha çox fayda verdiyini də açıqlayıb.

"Ən faydalı yaşıl noxud — təzə, birbaşa bağdan dərilmiş haldadır. Bu halda o, maksimum miqdarda vitamin və antioksidant saxlayır. Dondurulmuş yaşıl noxud da bir çox faydalı xüsusiyyətlərini qoruyub saxlayır, çünki yığımın ardından dərhal "şok" üsulla dondurulur. Konservləşdirilmiş yaşıl noxud isə vitamin və mineral baxımından daha az dəyərlidir və tərkibində əlavə şəkər və duz ola bilər", — deyə Guzman bildirib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri