“Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan UNESCO əməkdaşlığı müzakirə olunub
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan “Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.
Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.
Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Mart 2025 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















