Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək

“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Mayın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov iclası açaraq, bir neçə gündən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum gününün qeyd olunacağını bildirib. Azərbaycanın inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu və bu gün bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra Sadiq Qurbanov iclasda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Qeyd edilib ki, layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılması nəzərdə tutulur.
Sonra iclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur. Belə ki, layihədə “yaşıllıqların götürülməsi” anlayışına “bərpa edilmədən kəsilməsi” sözlərinin əlavə edilməsi təsbit edilir. Bununla yanaşı, qeyd edilib ki, qanunun 13.1-ci maddəsində yaşıllıqların götürülməsinə əsas verən altı hal müəyyən edilib. Bura məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların kənd təsərrüfatı fəaliyyətinə mane olması halının əlavə edilməsi nəzərdə tutulur. Layihədə, həmçinin həmin torpaqlarda olan kolların kəsilməsi üçün ümumi icraatdan fərqli olan daha sadələşdirilmiş icraatın (məlumatlandırma icraatının) tətbiq olunması təklif edilir. Bu məqsədlə kolların kəsilməsi qanunla müəyyən edilən məlumatların aidiyyəti informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanına verilməsi yolu ilə tənzimlənəcək. Digər dəyişikliklərdə əkin təyinatlı torpaqlardakı ağaclara münasibətdə yaşıllıqların götürülməsinin ümumi qaydalarının tətbiq edilməsi, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsi üçün bərpa dəyərinin ödənilməməsi ilə bağlı məsələlər tənzimlənir.
Daha sonra müvafiq nazirliklərin nümayəndələri qanun layihəsi barədə fikirlərini səsləndiriblər. Çıxışlarda ərzaq təhlükəsizliyinin, aqrar sahədə rəqabətliliyin təmin edilməsi, ixrac potensialının artırılması üçün torpaq və su resurslarından effektiv istifadə edilməsinin vacibliyindən danışılıb. Bildirilib ki, qanun layihəsi aqrar sektorun dayanıqlı inkişafına, əkin yerlərindən daha səmərəli istifadə edilməsinə, məhsuldarlığın yüksəlməsinə, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.
Məsələ ətrafında müzakirələrdə komitə sədri Sadiq Qurbanov, komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Asif Əsgərov, Vüqar Rəhimzadə, Eyvaz Qurbanov, Afət Həsənova çıxış edərək öz qeyd və təkliflərini söyləyiblər.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin üzvləri Nigar Arpadarai, Bədəl Bədəlov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 May 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri