Icma.az
close
up
RU
Yaşıllıqların qorunması ilə bağlı yeni cərimələr gəlir...

Yaşıllıqların qorunması ilə bağlı yeni cərimələr gəlir...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Elnur Məmmədov: “Yanlış məlumat ekoloji ziyana səbəb olmaq məqsədilə verilibsə, sərt cərimə əsaslı görünür, əks halda cərimələrin məbləği kifayət qədər yüksəkdir”Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Bizimyol.info xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Məcəlləyə təklif olunan yeni maddəyə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Məlumat üçün deyək ki, dəyişiklik layihəsi parlamentin bu gün - mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Bəs bu yeni cərimələr ədalətli və əsaslıdırmı?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, yaşıllıqların qorunması dövlətin konstitusion vəzifələrindən biridir:

“Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı məsuliyyətin sərtləşdirilməsi ekoloji təhlükəsizlik baxımından aktual məsələdir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən kolların kəsilməsi barədə yalan və ya təhrif olunmuş məlumat verilməsinə görə cərimələrin müəyyən edilməsi hüquqi baxımdan müəyyən mənada əsaslı hesab oluna bilər. Lakin burada həm müsbət, həm də mübahisəli məqamlar mövcuddur.

İlk növbədə qeyd etmək lazımdır ki, yaşıllıqların qorunması dövlətin konstitusion vəzifələrindən biridir. Azərbaycan Konstitusiyasının 39-cu maddəsinə görə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var və dövlət ekoloji tarazlığın qorunmasını təmin etməlidir. Bu baxımdan, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısını almaq üçün inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi hüquqi legitimliyə malikdir.

Elnur Məmmədov həmçinin deyib: “Təklif olunan dəyişiklikdə diqqət çəkən əsas məsələ isə birbaşa ağac və ya kolun kəsilməsinə görə deyil, bu barədə “yalan və ya təhrif olunmuş məlumat verilməsi”nə görə cəzanın tətbiq edilməsidir.

Hüquqi baxımdan bu yanaşma dövlət nəzarət mexanizmlərinin şəffaflığını təmin etmək məqsədi daşıyır. Çünki praktiki olaraq bəzən yaşıllığın vəziyyəti barədə saxta aktların tərtib edilməsi, xəstə və ya təhlükəli olduğu iddiası ilə ağacların qanunsuz kəsilməsi halları müşahidə olunur. Bu səbəbdən yanlış məlumat təqdim edən şəxslərin məsuliyyətə cəlb edilməsi müəyyən qədər preventiv xarakter daşıyır.

Bununla belə, cərimələrin məbləği ilə bağlı proporsionallıq prinsipi müzakirə mövzusudur. Fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 3000 manat, hüquqi şəxslər üçün isə 5000 manatlıq cərimələr kifayət qədər yüksək hesab edilə bilər. Çünki inzibati cəza törədilən xətanın ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Əgər yanlış məlumat qəsdən və ekoloji ziyana səbəb olmaq məqsədilə verilibsə, sərt cərimə əsaslı görünür. Lakin texniki səhv, qeyri-dəqiq ekspertiza və ya prosedur pozuntusu hallarında eyni məbləğdə cərimənin tətbiqi ədalətlilik prinsipinə ziddir”.

Elnur Məmmədov əlavə edib: “Başqa mühüm məsələ “təhrif olunmuş məlumat” anlayışının hüquqi baxımdan dəqiq müəyyən edilməsidir. Əgər qanunda bu anlayış konkret meyarlarla göstərilməzsə, gələcəkdə onun subyektiv şərh edilməsi və sui-istifadə riski yarana bilər. İnzibati məsuliyyət normalarında hüquqi müəyyənlik prinsipi vacibdir və şəxs hansı hərəkətə görə məsuliyyət daşıdığını əvvəlcədən aydın bilməlidir.

Nəticədə etiba dəyişiklik layihəsinin məqsədi ekoloji hüquq pozuntularının qarşısını almaq baxımından anlaşılandır və ümumilikdə ictimai maraqlara uyğundur. Lakin cərimələrin tətbiqində proporsionallıq, hüquqi müəyyənlik və fərdiləşdirmə prinsiplərinin qorunması vacibdir. Əks halda, norma praktikada mübahisələrə və selektiv tətbiq riskinə səbəb ola bilər. Bu baxımdan layihənin parlament müzakirələri zamanı hüquqi texnika və tətbiq mexanizmləri baxımından daha da dəqiqləşdirilməsi məqsədəuyğun olardı”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 May 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri