Yaşlanmanı ləngitmək mümkündür? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ alimləri çılpaq torpaq siçovullarından götürülən geni siçanlara köçürərək onların ömrünü uzatmağı bacarıblar.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə “ScienceDaily” Roçester Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat zamanı alimlər çılpaq torpaq siçovullarında yüksək səviyyədə olan xüsusi hialuron turşusu ilə əlaqəli geni siçanlara köçürüblər.
Nəticədə geni dəyişdirilmiş siçanlarda şişlərə qarşı müqavimətin artdığı, bağırsaq fəaliyyətinin yaxşılaşdığı və yaşlanma ilə bağlı iltihab səviyyəsinin azaldığı müəyyən olunub.
Araşdırma müəlliflərinin sözlərinə görə, bu dəyişikliklər siçanların ömrünün müəyyən qədər uzanmasına da səbəb olub.
Alimlər hesab edirlər ki, yüksək molekullu hialuron turşusu xərçəng riskini azaltmağa və daha sağlam qocalmağa kömək edə bilər.
Tədqiqat müəllifləri qeyd ediblər ki, çılpaq torpaq siçovulları uzunömürlülükləri və xəstəliklərə qarşı yüksək davamlılıqları ilə yaşlanma biologiyası sahəsində xüsusi maraq doğurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















