Icma.az
close
up
RU
“Yaşlı adamam, qarışdırmışam” Rüşvətə, mənimsəməyə görə tutulan direktorun İFADƏSİ

“Yaşlı adamam, qarışdırmışam” Rüşvətə, mənimsəməyə görə tutulan direktorun İFADƏSİ

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dələduzluqda, mənimsəmədə, rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilən 55 yaşlı məktəb direktorunun cinayət işinin təfərrüatı məlum olub.

Turkustan.az xəbər verir ki, söhbət Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışmış Vurğun Mənsimovun əməllərindən gedir.

İstintaqla müəyyən edilib ki, direktor Mənsimov bir neçə müəllimin əmək haqqı kartına əlavə ödənişlər köçürülməsinə nail olub və həmin məbləğləri ələ keçirib.

İttihama görə, Vurğun Mənsimov bir neçə nəfərdən də məktəbə məşqçi-müəllim kimi işə düzəlmək adı ilə 3000-5000 manat arası pul alıb, amma vədinə əməl etməyib. Həmçinin məktəbə invertar kimi verilmiş 3 min manatdan çox dəyəri olan əşyaları şəxsi marağı üçün talayıb.

Məhkəmədə dindirilən V.Mənsimov bildirib ki, məktəbin direktoru kimi təşkilati-sərancam vermə səlahiyyəti olsa da, hansısa şəxsi işə götürmək səlahiyyəti olmayıb. Onun sözlərinə görə işə qəbul Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

“Heç kəsi işə götürməmişəm. Bu adla da heç kimdən pul almamışam. Əgər almışamsa da pulu Yardımlı Rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”, - deyə V.Mənsimov qeyd edib.
Onun sözlərinə görə məktəbin maliyyələşməsi 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyətində olub. Sonradan isə bu səlahiyyət Lənkəran-Astara Təhsil İdarəsinə verilib. Qanunsuzluqlar da bundan sonra üzə çıxıb. Amma o heç bir ittihamı qəbul etmir. İşə düzəltmək üçün heç kimdən pul almadığını deyən Mənsimov həmin şəxslərdən borc olaraq pul aldığını, sonra da geri qaytardığını bildirib.

Məhkəmə onun istintaqda ziddiyyətli ifadə verdiyini müəyyən edib. Belə ki, Mənsimov istintaqda deyib ki, işçilərin işə götürülməsi və çıxarılmasına özü qərar verib. Həmçinin etiraf edib ki, bəzi şəxsləri də Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı ilə işə götürüb.

O, əmri ilə işə götürdüyü bəzi şəxslərin işə gəlmədiyini, öz vəzifə funksiyalarını yerinə yetirmədikləri, amma onlara maaş ayrıldığını da etiraf edib.

Mənsimov ifadəsində deyib ki, Əfqan İbayevdən və qardaş oğlu Fəraim İbayevdən işə götürmək adı ilə pul alıb. Həmin zaman pula ehtiyacı olduğu üçün bu addımı atıb. Amma həmin şəxsləri işlə təmin etməyib. Sonra onların pulunu geri qaytarıb.

Onu da etiraf edib ki, adı çəkilən şəxlsərdən pulu aldıqdan sonra fikri Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşıb həmin şəxsləri işə götürmək olub. Lakin təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə olub. Məzuniyyətdən qayıtdqıda sonra isə onu işdən çıxarıblar. Lakin Səmədzadəyə bu barədə heç bir məlumat verə bilməyib.

Mənsimov onu da etiraf edib ki, Əfqan İbayev və Fəraim İbayevin işə qəbul olunması ilə bağlı saxta əmr də hazırlayıb ki, vaxt qazansın. Amma qarşı tərəf buna inanmayıb və pulunu tələb edib.
Mənsimov məhkəmə istintaqı zamanı fərqli ifadə verməsini belə izah edib: “Sərbəst ifadə vermişəm. Amma yaşlı və xəstə olduğum üçün bəzi şeyləri qarışdırmışam. Ona görə də istintaq ifadəsinə görə özümü təqsirli bilmirəm. İşlədiyim dövrdə bir sıra nöqsanlara və səhlənkarlığa yol verdiyimi başa düşürəm. Buna görə peşmanam”.

Məhkəmədə hüquqi varis kimi Lənkəran-Astara Regional Təhsil İdarəsi təmsil olub. İdarə Mənsimovun əməlləri nəticəsində cəmi 72 min manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir.

Mənsimov törətdiyi əməllərə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, işə düzəltmək adı ilə pul aldığı zərərçəkənlərin ödənişini etsə də qalan zərəri ödəməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri