Icma.az
close
up
RU
“Yaşlı qadınlar əllərində çamadan piyada gedirlər ki, taksi ucuz olsun”

“Yaşlı qadınlar əllərində çamadan piyada gedirlər ki, taksi ucuz olsun”

Icma.az, Olay.az saytına istinadən bildirir.

“Yaşlı qadınlar əllərində çamadan piyada gedirlər ki, taksi ucuz olsun”

Aparıcı-prodüser Tarix Əliyev hava limanında yaşanan taksi probleminə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o,”Tarixin bir günü” verilişindı danışıb:

“Azərbaycanda mötəbər tədbirlər olur, ölkənin qapısı isə Heydər Əliyev adına Beynəlxalq hava limanıdır. Ora təcə imkanlı turistlər yox, Rusiyada, xaricdə yaşayan orta təbəqədə qazanc əldə edən, xəstəliyinə görə təyyarə ilə Gürcüstana, İrana getməli olan kasıb insanlarımız da gəlir. Hər birimiz taksilərlə bağlı etirazımızı bildirdik. Hava limanında London taksiləri var ki, Bakının bir yerindən digər yerinə 30 manatdan yuxarı aparırlar. Azərbaycanda orta əmək haqqı 500-600 manatdan başlayır. 30 manat verib hava limanından şəhərə gəlmək pisdir. Baxdın ki, insanlar əziyyət çəkirlər, gətirdikləri payları, veşlərini əllərində hava limanından çıxarırlar ki, şirkət taksisi çağırsınlar. Bir il əvvəl maşın saxlamağın günü 5 manat idi, indi 15 manatdır. Mən də maşınımı orada saxlaya bilmirəm. Çünki o qədər qazanmıram ki, burada olmayanda 80-100 manat parkinq pulu verim. İnsanlar, yaşlı xanımlar əziyyət çəkirlər, düşüb piyada hava limanında çıxırlar ki, 10-15 manat ucuza getsinlər. Niyə biz əziyyət çəkirik? Bunu turistlərə edin, onsuz da onların şirkət taksisi çağırmaq üçün proqramları yoxdur.  Biz başqa ölkəyə gedəndə oradakı vətəndaşların komfortunu daha çox görürük. Bilet qiymətlərindən danışmırıq. Bayrama iki  ay qalmış bilet tapılmır. Avropada Fransadan İtaliyaya 30 avroya uçurlar, biz buradan Naxçıvana 60 manata gedirik. Türkiyəyə 700 manatdan aşağı bilet tapmaq olmur. Bu, dövlətin yox, müəssisənin qərarıdır. Vətəndaşları incitməyək. Mənim qohumum gəlib, yaşlı qadındır, piyada çıxıb. Kasıbın benzininin qiymətini aşağı salın, 95 sürən üçün nə fərqi var?”.

Tolik daha sonra bu sözləri qeyd edib:

“Sosial şəbəkələrdə yayılan görüntülər doğrudan da acınacaqlıdır. Bu gün yaşlı qadınlar əllərində çamadan, bağlama, qara paketlərlə istidə, soyuqda, piyada o uzun yolu gedərək hava limanından çıxır, oradan da bir yüz, iki yüz metr aralıda taksi sifariş etməyə məcbur qalırlar. Bu, sadəcə vətəndaşı incidən bir haldır, başqa adı yoxdur. Əgər pulu yoxdursa, minməsin – bəs o insan hara getsin? Ekspress avtobusdan istifadə edə bilmir, taksi tutmağa imkanı çatmır, yol da uzaqdır. Bu vəziyyətə görə mütləq bir tədbir görülməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://olay.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri