Yaşlıların beyni gənclərdən fərqli işləyir ARAŞDIRMA
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni araşdırma yaşlılıq dövründə yaddaşda baş verən dəyişikliklərin beynin zəifləməsi ilə bağlı olmadığını ortaya qoyub.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin Arizona Universitetinin alimləri müəyyən ediblər. bBelə ki, yaş artdıqca beyin topladığı məlumat və təcrübələrdən daha səmərəli istifadə etmək üçün fəaliyyətini yenidən qurur.
Araşdırmaya görə, yaşlılıqda beynin ani və detallı məlumatları yadda saxlamağa cavabdeh olan hipokampus bölgəsinin rolu azalır. Bunun əvəzində ümumi bilik və həyat təcrübəsinin emalında iştirak edən ön beyin qabığı daha aktiv olur.
Alimlər hesab edirlər ki, bu dəyişiklik beynin enerji və resurslardan daha səmərəli istifadə etməsinə, illər ərzində toplanmış böyük həcmdə məlumatın sistemləşdirilməsinə imkan verir.
Tədqiqat zamanı bəzi sinir əlaqələrinin və sinaps şəbəkələrinin yaşla zəifləmək əvəzinə gücləndiyi də müəyyən edilib. Bildirilir ki, yaşlı beyində gündəlik və əhəmiyyətsiz detalları yadda saxlamaqdan daha çox, toplanmış təcrübədən istifadə, sosial münasibətlərin idarə olunması və biliklərin ötürülməsi ön plana keçir.
Araşdırmanın müəllifi psixoloq Fabian-Xose Fernandez bildirib ki, normal yaşlanmanı yalnız zehni geriləmə və itki kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, yaşlı beyin gənc beyindən fərqli şəkildə işləyir və xüsusilə toplanmış təcrübədən istifadə etmək üçün uyğunlaşır.
Mütəxəssislər hesab edirlər ki, bu prosesin daha yaxşı öyrənilməsi normal yaşlanma ilə Alzheimer xəstəliyi arasındakı fərqin daha erkən müəyyən edilməsinə də kömək edə bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















