Yassin Benzia: Liona ən yaxşısını arzulayıram, amma cümə axşamı yox İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa mətbuatına açıqlama verib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Avropa Liqa Liqa mərhələsinin "Lion"la keçiriləcək oyunu haqda danışıb.
30 yaşlı futbolçu sabiq komandasına qarşı oynamağın xüsusi olacağını bildirib: "Mən püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim. Bizə "Lion" düşdü, bu, yaxşı oldu. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir. Mən Tolisso, Lakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm. "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox".
Qeyd edək ki, Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















