Icma.az
close
up
RU
Yataq xəstəsi olan yazıçı Vaqif Nəsib: Anardan xahiş etdim, dedi ki...

Yataq xəstəsi olan yazıçı Vaqif Nəsib: Anardan xahiş etdim, dedi ki...

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Üç aydır yataq xəstəsiyəm. Yazıçılar poliknikasının həkimləri vaxtaşırı gəlib müayinə edir, analizləri götürür, müalicə üçün dərman yazırlar. Görünür, yaşın gətirdiyi xəstəliklərdir, halsızlıq, açağı təzyiq, yuxu dərmanı içmədən yata bilmirəm, bədənim tamam gücdən düşüb. Özüm bir tərəfə, əsas nəvəmə görə çox narahatam. Mənim göz dağım... Allaha yalvarmışam ki, ona baxıb mənə möhlət versin”.

Bunu Teleqraf.com-a açıqlamasında 1973-cü ildən AYB üzvü, şair, nasir, ssenarist, tərcüməçi Vaqif Nəsib deyib.

Onun sözlərinə görə, 10 yaşlı nəvəsi danışa bilmir: “Bu problem çoxdandır, amma ümid edirdik danışacaq, sonra bir professorun yanına apardıq, dedi, çox gec qalmısınız. Bu yaxınlarda İsraildən gələn həkimlər baxdılar, dedilər, müalicəsi çox bahadır. Bilmirəm nə edim, necə edim, özümün də vəziyyətim ortada…”

“Yazıçılar Birliyindən vəziyyətinizlə maraqlanan olubmu?” sualına yazıçının cavabı belə oldu: “Heç kim zəng etməyib, maraqlanmayıb. 85 yaşım tamam oldu, Yazıçılar Birliyinin heç bir orqanında məni təbrik etmədilər. Mən çoxdan AYB-dən uzaqlaşmışam. “Azərbaycan” jurnalına “Dimdikdən düşən adam” romanımı vermişdim, bilirdim, çap etməyəcəklər, amma xahiş eləmişdim ki, nəyə görə çap etməyəcəyinizin cavabını mənə yazarsınız. Onlar da cavab yaza bilmədiklərinə görə keçən ilin noyabr-dekabr ayında romanı ard-arda jurnalda nəşr etdilər. Həmin romanı xaricdə bir nəfər ingilis dilinə tərcümə edir, o başa çatsa bəlkə xarici mükafatlara təklif edərik”.

Vaqif Nəsib bildirib ki, romanın nəşrindən 180 manat qonorar alıb:

“Sovet vaxtı ədəbiyyat təbliğatın bir hissəsi idi, yüksək qiymət verilirdi. Mənim dəfələrlə kitabım çıxıb. Əvvəllər bir kitabıma bir-iki maşın almaq mümkün idi. “Azərbaycan” jurnalındakı romanın çapından 180 manat qonorar aldım. İki dərmanımın puluna güclə çatdı. O vaxt fərdi təqaüdlə bağlı Yazıçılar Birliyinin sədri Anarın yanına getdim ki, təqdimatımı versin, dedi, səndən əvvəl nə qədər adam var”.

Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olub. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. Müxtəlif illərdə "Qobustan" jurnalı redaksiyasında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktorun müavini, "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri