Yatarkən işığı söndürmək üçün yeni səbəb
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gecələr yatarkən süni işığa məruz qalmaq təkcə yuxu rejiminə deyil, ürəyin quruluşu və funksiyasına da təsir göstərə bilər.
“Qafqazinfo” xəbər verir ki, yeni araşdırmada gecə saatlarında daha çox işığa məruz qalan insanlarda ürəyin bəzi struktur xüsusiyyətlərinin dəyişdiyi və ürəyin yığılma funksiyasının daha aşağı olduğu müəyyən edilib.
Tədqiqatçılar təxminən 11 min nəfərin məlumatlarını araşdırıblar. İştirakçılar bir həftə ərzində işıq səviyyəsini qeydə alan xüsusi cihazlar taxıblar. Bununla onların günün müxtəlif vaxtlarında nə qədər işığa məruz qaldığı müəyyənləşdirilib.
Daha sonra iştirakçıların ürəkləri MRT müayinəsindən keçirilib.
Nəticələr xüsusilə gecələr daha çox işığa məruz qalmaqla ürəyin sol mədəciyindəki bəzi dəyişikliklər arasında əlaqə olduğunu göstərib. Sol mədəcik ürəyin bədənə qan pompalayan əsas kamerasıdır.
Araşdırmaya görə, gecə işığına ən çox məruz qalan qrupda ürək divarlarının qalınlığı təxminən 1,5 faiz, sol mədəciyin kütləsi isə 2,4 faiz daha çox olub. Eyni zamanda, həmin şəxslərdə ürəyin yığılma funksiyası 1,9 faiz daha aşağı olub.
Tədqiqat gecə işığına daha çox məruz qalan insanlarda bəzi ürək-damar xəstəlikləri riskinin də yüksək olduğunu göstərib. Bu xəstəliklərə ürək çatışmazlığı, qulaqcıqların fibrillyasiyası, infarkt və insult daxildir.
Tədqiqatçılar gecə işığının ürəyə mümkün təsirlərinin bədənin bioloji saatını tənzimləyən sistemlə əlaqəli olub-olmadığını araşdırırlar. Normalda gecə qaranlıq olmalı olan mühitdə süni işığa məruz qalmaq yuxu-oyanma dövrünü tənzimləyən mexanizmlərə təsir göstərə bilər.
Bununla belə, alimlər araşdırmanın gecə işığının birbaşa ürək xəstəliyinə və ya ürəyin strukturunda dəyişikliklərə səbəb olduğunu sübut etmədiyini vurğulayırlar.
Tədqiqat müşahidə xarakterli olduğundan, gecə işığına məruz qalma ilə ürəkdə müşahidə olunan dəyişikliklər arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını qəti şəkildə müəyyənləşdirmək mümkün deyil.
Mütəxəssislər bu əlaqənin daha dəqiq araşdırılması üçün əlavə və daha əhatəli tədqiqatlara ehtiyac olduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Sentyabr 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















