Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Gecə yatarkən otaqda işığın olması ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, "European Heart Journal "jurnalında dərc olunan araşdırmaya görə, yatarkən işığı söndürməmək ürək-damar xəstəlikləri riskini artırır.
Belə ki, araşdırma çərçivəsində ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin məlumatları təhlil edilib.
İştirakçılar müəyyən müddət ərzində biləklərində işıq və hərəkət sensorları daşıyıb. Daha sonra onların ürək MRT-ləri çəkilib. Tədqiqatçılar gecə demək olar ki, heç bir işığa məruz qalmayan şəxslərlə zəif də olsa bir neçə işıq mənbəyinin təsirinə məruz qalanları müqayisə ediblər.
Araşdırmada pəncərədən daxil olan küçə işıqları, elektron cihazların LED göstəriciləri və saat ekranlarının işığı mümkün təsirlər kimi nəzərə alınıb.
Nəticələrə görə, gecə işığa ə məruz qalan şəxslərdə ürəyin sol mədəciyinin orta hesabla 2,4 faiz böyüdüyü, ürək divarının 1,5 faiz qalınlaşdığı, ürəyin yığılma qabiliyyətinin isə 1,9 faiz azaldığı müəyyən edilib.
Həmin şəxslərin qaranlıq şəraitdə yatanlarla müqayisədə:
- ürək çatışmazlığı riski 29 faiz;
- infarkt riski 24 faiz;
- insult riski 33 faiz;
- ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksək olub.
Mütəxəssislər yatarkən otağı mümkün qədər qaranlıq saxlamağı, qalın və işıq keçirməyən pərdələrdən istifadə etməyi, parlaq və soyuq rəngli işıqlar əvəzinə daha isti tonlardan yararlanmağı və elektron cihazların kiçik LED işıqlarını söndürməyi tövsiyə edirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















