Icma.az
close
up
RU
“YAXIN AYLAR ÜÇÜN PROQNOZLAR ACINACAQLIDIR...” Trampın Putinlə bağlı “strategiyası” fiaskoya uğradı

“YAXIN AYLAR ÜÇÜN PROQNOZLAR ACINACAQLIDIR...” Trampın Putinlə bağlı “strategiyası” fiaskoya uğradı

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidentinin bu strateji səhvi həm özünə, həm də Kiyevə baha başa gəlir

Bir ABŞ Prezidenti Vladimir Putini şəxsi nüfuzundan və “dostluğundan” istifadə edərək, Çindən ayırıb, özünə yaxınlaşdıra biləcəyinə inanacaq qədər primitiv düşünə bilərdimi? Bilməzdi. Amma Tramp bunu “bacardı”, özünü və komandasını bunun mümkünlüyünə inandırdı. Bunun acı nəticəsi isə göz önündədir...

Trampın Ukraynaya və Avropaya qarşı saymazyana, hətta bəzən xəyanətkar münasibətlə Putini öz tərəfinə çəkmək “strategiyası” fiaskoya uğrayıb və bunu artıq Qərb mətbuatı da görür. Məsələn, CNN qeyd edir ki, Trampın öz şəxsiyyətindən istifadə edərək Vladimir Putini sülhə razı salmağa inanması, özü və Putin barədə şişirdilmiş təsəvvürə malik olmasından irəli gəlir.

Analitik Nik Peyton Uolş qeyd edir ki, bu səhv strategiya nəticəsində Moskva Pekinin enerji təchizatında getdikcə artan ölçüdə vassala çevrildi. Rusiyanın Çinə qarşı ABŞ-nin potensial müttəfiqinə çevrilə biləcəyi barədə tələsik strateji nəticə isə özünü doğrultmadı.


Bildirilir ki, Trampın bu strateji səhvi ilk növbədə Ukraynaya olduqca baha başa gəldi. Bu, bir tərəfdən Ukraynanın ABŞ cəmiyyətində və bütünlükdə Qərbdə birmənalı dəstəyinin üzərinə kölgə saldısa, digər tərəfdən də Rusiyanın cəbhədə irəliləməsinə, hərbi üstünlüyünün möhkəmlənməsinə şərait yaratdı.

Təhlilçi qeyd edir ki, Trampın səhvləri sayəsində Putin özünü daha inamlı hiss edir və artıq Trampa “yaltaqlanmağa” lüzum görmür. Həmçinin, Putinin ötən həftə baş tutan Pekin səfəri onu daha da cəsarətləndirdi. Belə ki, Kreml sahibi dünyaya özünün “əyilməz blokunu” göstərməyə can atan Si Cinpindən nümayişkəranə dəstək aldı. Bu da Moskvada “gələcək yol hələ uzundur” hissini gücləndirdi.

 "Gələcək aylar üçün proqnozlar acınacaqlıdır. Putin Ukraynanın şərqindəki qoşunlarının təzyiqini strateji əhəmiyyət kəsb edən ərazi qazancına çevirə bilər. Bu arada Tramp çox güman ki, Moskvanın kursunu dəyişməsi üçün kifayət qədər ağrılı, lakin diplomatik kanalları açıq saxlamaq üçün kifayət qədər yumşaq iqtisadi cavab vermək çətinliyi ilə üzləşəcək", - deyə analitik bildirir. 

Peyton Uolşun fikrincə, bu, qeyri-mümkün vəzifədir – qismən Trampın özünün qarışıq düşüncəsinə görə. Lakin əsasən ona görə ki, Putin sadəcə olaraq sülh istəmir.

Əlavə edək ki, Kiyevə son zamanlar intensivləşən amansız hava zərbələri əslində Rusiya diplomatiyasının uğursuzluğunun əksidir. Çünki Tramp Putindən istədiyini ala bilmədiyi kimi, Putin də Trampdan gözlədiyini ala bilmir. Ən əsası isə Moskva sadəcə olaraq sülh istəmir. Ukrayna Nazirlər Kabinetinin binasının vurulması da bunun göstəricisidir və həmin zərbənin təsadüfi, yoxsa qəsdən həyata keçirilən hücum olub-olmamasının elə bir fərqi yoxdur. Fakt odur ki, Trampın bütün gözləntilərinə rəğmən, Putin eskalasiyanı daha da artırır və artıq Kiyevin mərkəzini – hökumət binaları və diplomatik korpusların yerləşdiyi əraziləri çəkinmədən vurur.


Beləliklə, Trampın prezidentliyinin ötən səkkiz ayı Ukraynanın müdafiəsi və Avropanın təhlükəsizliyinin təmin edilməsi baxımından boşa getdi. Moskva ilə mənasız yaxınlaşma və NATO-nun nüfuzunun zədələnməsi, onun mövcudluğunun belə sual altına alınması vəziyyəti daha da pisləşdirdi. İndi Tramp mənasız illüziyaları ilə baş-başa qalmış, nə edəcəyini bilməyən, aydın planı və təsəvvürü olmayan çaşqın biri kimi görünür.

Ümumilikdə Tramp administrasiyasının bütün bu baş verənlərədən əsas “qazancı” isə aldığı acı dərs oldu. Bəs bu dərsdən nəticə çıxarılacaqmı?

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri