Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Yaxın aylarda atəşkəs gözlənilmir” “Ağ Ev Kremlə qarşı yeni strategiya hazırlayır”

“Yaxın aylarda atəşkəs gözlənilmir” “Ağ Ev Kremlə qarşı yeni strategiya hazırlayır”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp və onun administrasiyası Ukraynadakı müharibəni Kiyevə qarşı amansız təzyiqlərlə, Rusiyanın isə “nazı ilə oynamaqla” dayandıra bilməyəcəyini anlamağa başlayır. Vladimir Putin və ətrafının ABŞ-nin atəşkəs təklifini qulaqardına vurduğu, vaxt uzatmağa çalışdığı açıq görünür və bunu artıq Tramp özü də dilə gətirməyə başlayır.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in Trampın çevrəsindəki iki yüksək rütbəli məmura istinadla yaydığı məlumata görə, ABŞ administrasiyası artıq yaxın aylarda Ukraynada atəşkəsin əldə olunacağına inanmır.

Agentlik öz mənbələrindən öyrənib ki, son günlər Tramp administrasiyasının yüksək rütbəli üzvləri ABŞ-nin çətin ki, tezliklə Ukraynada sülh razılaşmasına nail ola biləcəyini düşünür. Bu səbəbdən onlar Kiyev və Moskvaya təzyiq göstərmək üçün yeni strategiyalar hazırlayırlar.

Nəşr qeyd edir ki, ikinci prezidentlik müddətinin əvvəlində Tramp və müşavirləri aprel və ya may aylarına qədər Ukraynada tam atəşkəsə və sonrakı aylarda davamlı sülhə nail olmaq niyyətində idilər. Lakin ABŞ rəsmilərinin fikrincə, bu məqsədlərdən heç biri hələ ki, reallaşa bilməz. Bu da öz növbəsində müharibənin uzun sürməsi riskini və Ukraynanın hərbi əməliyyatları üçün Qərbin əlavə dəstəyinə ehtiyacı artırır.

Rəsmilərin dediyinə görə, razılaşma o qədər də real görünmür və bu, üç illik müharibənin uzanacağı, Ukraynanın daha çox Qərb dəstəyinə ehtiyacının yaranacağı ehtimalını çoxaldır: "Yüksək rütbəli ABŞ rəsmiləri həftələrdir ki, Kiyevin danışıqları necə aparmasından, Vaşinqtonla faydalı qazıntılar üzrə razılaşmaya və sülh danışıqlarının irəliləməsinə müqavimət göstərməsindən şikayət edirdilər. Lakin son günlər rəsmilər daha çox Moskvanın davranışlarından məyus olurlar".

Nəşr əlavə edir ki, həftəsonu keçirilmiş bir sıra danışıqlardan sonra Ağ Ev və Dövlət Departamentinin rəsmiləri etiraf ediblər ki, Vladimir Putin Vaşinqtonun uzunmüddətli sülh razılaşması əldə etmək səylərinə fəal şəkildə qarşı çıxır. Ona görə də onlar Rusiyanı razılaşmaya sövq etmək üçün iqtisadi və diplomatik təzyiqləri müzakirə edirlər: “Tramp həftələrdir deyirdi ki, Rusiya hökmdarına güvənir və onun sülhə sadiq olduğuna inanır. Lakin son günlər Ağ Ev Putinin niyyətlərindən ehtiyatlanmağa başlayıb. Baxmayaraq ki, hətta Tramp hələ də Putinin sülh istədiyinə inandığını nümayiş etdirməkdə davam edir. Tramp administrasiyasının Moskvaya təzyiq etmək üçün konkret hansı planları ola biləcəyi bəlli deyil, lakin yüksək rütbəli ABŞ rəsmilərindən biri Ağ Evin Rusiyaya tətbiq edə biləcəyi əlavə tariflər və sanksiyaları nəzərdən keçirdiyini bildirib”.

Nəşr onu da qeyd edir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov çərşənbə axşamı dərc olunmuş müsahibəsində deyib ki, Moskva ABŞ-nin müharibəni indiki formada bitirmək təkliflərini qəbul edə bilməz, çünki onlar “Kremlin müharibənin başlamasına səbəb olan məsələləri” həll etmirlər. Yəni, Moskva əvvəlki tələblərində qalır və Ukraynanın suveren dövlət kimi mövcudluğuna son qoyulmasında israrlıdır. Bu isə təbii olaraq, atəşkəs danışıqlarını və sülh perspektivini dalana dirəyir.

Xatırladaq ki, bundan öncə Tramp Vladimir Putinin Ukraynada atəşkəs sazişi bağlamaq istədiyinə inandığını desə də, əlavə edib ki, Rusiyaya bununla razılaşmaq üçün “psixoloji müddət” qoyub. Bazar günü isə Tramp “NBC News” telekanalına deyib ki, o, Ukraynada BMT-nin nəzarəti altında müvəqqəti idarəçiliyin tətbiq olunmasını təklif etdiyinə görə Putinə qarşı “çox qəzəbli”dir. O, həmçinin danışıqlar masasına oturub Ukraynada döyüşləri dayandırmasa, Rusiya neftinə və ondan neft alanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Həmçinin, Tramp bu həftə Putinlə Ukrayna məsələsini yenidən müzakirə edəcəklərini açıqlayıb.

Bu arada Finlandiya Prezidenti Aleksander Stubb Floridada Trampla görüşdən sonra Rusiyaya qarşı yeni tədbirlər görülməzdən əvvəl hərbi əməliyyatların dayandırılmasına razılıq verməsi üçün Moskvaya aprelin 20-nə kimi vaxt verməyi təklif edib. Lakin hadisələrin gedişi onu göstərir ki, real atəşkəsə nəinki aprelin 20-nə qədər, ümumiyətlə, yaxın aylarda nail olunması ehtimalı və ümidləri getdikcə daha sürətlə tükənməyə başlayır...

C.Məmmədov

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see445

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see418

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see276

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see207

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri