“Yaxın günlərdə İranda bu əraziyə nüvə zərbəsi endirilə bilər”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Taker Karlson “X” hesabındakı paylaşımda çıxış edib.
Jurnalistin sözlərinə görə, hücumun mümkün hədəfi İsrail kəşfiyyatının məlumatına əsasən İranın uranın zənginləşdirilməsi proqramını bərpa etdiyi güman edilən Pikaks dağı ola bilər.
Karlson qeyd edib ki, heç bir silah obyektin, demək olar ki, 100 metrlik müdafiə qatını aşa bilməz, buna görə də “yeganə variant nüvə zərbəsidir”. Onun sözlərinə görə, Netanyahu İsraildəki parlament seçkilərindən sonra yaranmış qeyri-sabit siyasi vəziyyətə görə buna nail olmağa çalışır.
Jurnalist bildirib ki, ABŞ lideri, ehtimal ki, hələ yekun qərar qəbul etməyib. Onun bu mövzuda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Tehran ilə sülh sazişinin bağlanmasına meyilli olan xüsusi nümayəndə Stiven Uitkoff ilə məsləhətləşmələr apardığı bildirilir.
Baxış sayı:93
Bu xəbər 02 Noyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















