YAXIN GÜNLƏRDƏ PUTİN ZELENSKİ GÖRÜŞÜ OLA BİLƏR Fevralın 1 nə planlaşdırılan raund uğurlu olarsa...
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilə bilər.
“AzPolitika” bildirir ki, bu barədə “Axios” nəşri adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb. Məlumatda qeyd olunur ki, yanvarın 23–24-də baş tutan və müharibənin başlanmasından bəri bu formatda ilk olan danışıqlarda tərəflər yeni raundun keçirilməsi barədə razılığa gəliblər. Bu məlumatı digər Qərb və Ukrayna KİV-ləri, eləcə də Rusiyanın TASS agentliyi də təsdiqləyib.
“Axios”un yazdığına görə, ABŞ rəsmiləri Əbu-Dabidə keçirilən görüşü danışıqların növbəti mərhələsinə keçid baxımından mühüm addım kimi qiymətləndirirlər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, danışıqlar zamanı Rusiya və Ukrayna Prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş məsələsi də müzakirə olunub və tərəflər bu görüşə “çox yaxınlaşıblar”. Onun sözlərinə görə, belə bir görüş növbəti danışıqlar raundunun uğurlu keçməsi halında mümkün ola bilər.
Mənbələr bildirir ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşdə müharibənin diplomatik yollarla başa çatdırılmasına hazır olduğunu ifadə edib. Bunun göstəricisi kimi Rusiyanın Əbu-Dabiyə Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (GRU) rəhbəri İqor Kostyukovun başçılıq etdiyi “ciddi” nümayəndə heyəti göndərdiyi qeyd olunur. Nümayəndə heyətində GRU-nun informasiya idarəsinin rəis müavini Aleksandr Zorinin də yer aldığı bildirilir.
Ukrayna tərəfi də yüksək səviyyədə təmsil olunub – nümayəndə heyətində Prezident Ofisinin rəhbəri Kirill Budanov iştirak edib. ABŞ nümayəndə heyətinə isə ABŞ-nin Avropadakı qoşunlarının komandanı Aleksus Qrinkeviç daxil olub.
Danışıqlar qapalı formatda keçirilib və rəsmi nəticələr açıqlanmayıb. Bununla belə, “Axios”, “Politico”, “RBK-Ukrayna” və digər KİV-lərin mənbələri müzakirələrin detalları barədə məlumat veriblər.
“RBK-Ukrayna”nın yazdığına görə, Rusiya əvvəlki kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin işğal olunmayan hissəsindən çıxarılmasını tələb edib, Ukrayna isə bu şərtlə razılaşmayıb. Bu məsələ üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb. “The New York Times” isə yazır ki, Moskva ərazi məsələləri ilə bağlı ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında ötən yay Alyaskada əldə edildiyi iddia olunan razılaşmadan kənara çıxan istənilən variantı rədd edib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, sülh sazişi Ankoriçdə razılaşdırıldığı deyilən parametrlərə uyğun olmalıdır. Lakin nə ABŞ, nə də Rusiya bu barədə rəsmi şəkildə konkret razılaşmanın mövcudluğunu açıqlamayıb.
Bununla yanaşı, tərəflər atəşkəsdən sonrakı mərhələdə görülə biləcək addımların müzakirəsində ciddi irəliləyiş əldə ediblər. Xüsusilə qoşunların mümkün şəkildə ayrılması, atəşkəs rejiminin monitorinq mexanizmləri, həmçinin nəzarət və koordinasiya mərkəzinin yaradılması məsələləri müzakirə olunub.
“Politico”nun məlumatına görə, danışıqlarda iqtisadi məsələlər, o cümlədən Zaporojye AES-in taleyi də gündəmə gəlib. Mənbə bildirir ki, Moskva stansiyada istehsal olunan elektrik enerjisinin Rusiya və Ukrayna arasında birgə bölüşdürülməsini təklif edir. Lakin bu istiqamətdə hələlik razılaşma yoxdur.
“Reuters” və “Axios” yazır ki, Əbu-Dabidə üçtərəfli görüşlə yanaşı, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş də keçirilib. Danışıqların ikinci gününün sonunda üç tərəfin nümayəndələri birgə naharda iştirak ediblər. Amerikalı rəsmilərdən biri bu görüşü şərh edərkən bildirib ki, “elə bir an olub ki, hər kəs demək olar dost kimi görünürdü”.
Ukrayna Prezidenti Zelenski daha əvvəl danışıqlarda müharibənin başa çatdırılmasının mümkün parametrlərinin müzakirə edildiyini və görüşlərin “konstruktiv” keçdiyini bildirib. Onun sözlərinə görə, tərəflər paytaxtlarına danışıqların bütün aspektləri barədə məruzə etməyə və liderlərlə növbəti addımları razılaşdırmağa razılaşıblar. Zelenski növbəti görüşün yaxın həftədə keçirilə biləcəyini istisna etməyib. Kreml isə hələlik Əbu-Dabi danışıqlarının nəticələrini rəsmi şəkildə şərh etməyib.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 26 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















