Icma.az
close
up
RU
Yaxın Şərq probleminin həlli elə də asan deyil

Yaxın Şərq probleminin həlli elə də asan deyil

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza ilə əlaqəli "Sülh sammiti" ilk dəfə olaraq problemin köklü şəkildə həll olunması üçün təşkil olunmuş tədbirdir. Bu sammit Qəzza məsələsini regional məsələ olmaqdan çıxarıb beynəlxalq məsələyə çevirir. Tədbir iştirakçılarının tərkibi də onu göstərir ki, iştirak edən dövlətlər tək Yaxın Şərqi yox, bir çox regionları əhatə edir. Azərbaycanın bu görüşə dəvət alması isə onun artan nüfuzunun göstəricisi oldu".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, maraqlı hal isə İranın sammitə dəvət olunmasına baxmayaraq iştirak etməkdən imtina etməsidir:
"Mərhələli şəkildə həll edilməsi nəzərdə tutulan Trampın sülh planının ilk hissəsi əsir götürülənlərin qaytarılması və İsraildə həbsdə olan iki min dustağın azad edilməsidir. Burda tərəflər ortaq məxrəcə gəliblər və dərhal bu məsələ həllini tapdl. Əsas məsələ isə ikinci məsələdir. Bu, HƏMAS-ın silahı buraxması və İsrail ordusunun Qəzzanı tərk etməsidir. Qəzza zolağının yarısından bir az artıq hissəsi, yəni 53% İsrailin, yerdə qalan hissəsi isə HƏMAS-ın nəzarətindədir. HƏMAS İsrail ordusunun Qəzza ərazisində olduğu müddətcə silah buraxmayacağını, İarail isə silah buraxılmazsa, yenidən hərbi əməliyyatlara başlayacağını bildirir. Göründüyü qədərilə problemin həlli elə də asan deyil".
Azər Qasımov qeyd edib ki, Trampın təklif etdiyi və hər iki tərəfin qəbul etdiyi beynəlxalq qüvvələrdən ibarət hərbi güclərin Qəzzaya yerləşməsi planı baş tutmayınca bu məsələdə irəliləyişə nail olunması mümkün görünmür:
"İsrailin də sammitdə iştirak etməməsi, eyni zamanda, İsrail ordu rəhbərliyinin HƏMAS-ın tamamilə Qəzzadan çıxarılmaması durumunda hökuməti devirəcəyi xəbərdarlığı da Netanyahu hakimiyyətinin əl-qolunu bağlayır və sülhdə maraqlı olmadığını göstərir. İsrail dövləti Qəzza məsələsinin beynəlminəlləşməsində maraqlı deyil. Çünki təhlükəsizlik çətiri altında Qəzza fələstinlilərinin yenidən gizli şəkildə İsrail əleyhinə fəaliyyətə başlamayacaqlarına əmin deyil. Hesab edirəm ki, sammitdə hər iki tərəfin səmimi şəkildə sülhdə maraqlı olması durumunda nəticəyə nail olmaq olar. Bəzi iştirakçı maraqlı ölkələrin də şəxsi maraqları önə çıxacaqsa, sammitin nəticə verməsi mümkün olmayacaq. Bu baxımdan sammit iştirakçıları Fələstin və Yəhudi xalqlarının maraqlarını və reallıqları nəzərə alaraq problemin həllinə yanaşmalıdırlar".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri