Icma.az
close
up
RU
Yaxın Şərq qan gölünə çevrildi Azərbaycanın seçimi nə olacaq?

Yaxın Şərq qan gölünə çevrildi Azərbaycanın seçimi nə olacaq?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail–İran arasında baş verən müharibə fonunda Azərbaycanın mövqeyi həm yerli, həm də beynəlxalq səviyyədə diqqətlə izlənir. Rəsmi Bakı balanslı və neytral siyasət yürütməyə üstünlük verir: nə birbaşa tərəf tutur, nə də hər hansı dövləti açıq şəkildə ittiham edir.

Eyni zamanda, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına da imkan vermir. Bu, ölkənin regionda sabitliyi və təhlükəsizliyi qorumağa yönəlik strateji yanaşmasının göstəricisidir. Halbuki, bəzi qərəzli beynəlxalq dairələr müharibə ehtimalı gündəmə gəldiyi vaxtlarda iddia edirdilər ki, İsrailə məxsus hərbi təyyarələr Azərbaycanın hava limanlarından istifadə edəcək. Hazırkı vəziyyət bu iddiaların əsassız olduğu bir daha təsdiqlənib. Azərbaycanın bu ritorikaya cavab vermədən, lakin konkret hərəkətləri ilə neytrallığını qoruması, ölkənin xarici siyasətdə ehtiyatlı və düşünülmüş xəttinə dəlalət edir.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanovun sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, müstəqil dövlət kimi həm beynəlxalq hüquqa, həm də dövlətlərarası rəsmi münasibətlərdə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa üstünlük verir:

“Rəsmi açıqlamalarda da qeyd olunduğu kimi, Bakı kifayət qədər təmkinli, ədalətli və barışdırıcı mövqe sərgiləyir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, ölkə ərazisindən İrana qarşı üçüncü ölkələrin istifadəsinə icazə verilməyəcək. Bu, həm diplomatik, həm də qonşuluq münasibətləri baxımından son dərəcə əhəmiyyətli və məsuliyyətli yanaşmadır.

Digər tərəfdən, Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmaq niyyətində olmadığı da vurğulanır. Yəni İsraillə Azərbaycan arasında müstəqillik illərindən bu yana formalaşan konstruktiv əlaqələr davam edir və bu, zəruri sayılır.


Füzuli Qurbanov

Bəzi ekspert və analitiklər bu məsələdə ciddi yanlışlığa yol verirlər. Onlar Azərbaycan-İsrail münasibətlərini sanki Azərbaycan–Türkiyə əlaqələrinə qarşı yönələn rəqabət kimi təqdim etməyə çalışırlar ki, bu tamamilə səhv yanaşmadır. Birincisi, Azərbaycanın xarici siyasətində belə bir yanaşma mövcud deyil. İkincisi, müəyyən dairələr həm Türkiyədə, həm də Azərbaycanda bu məsələləri süni şəkildə qızışdırmağa cəhd edə bilərlər. Bu isə müasir dünyanın diplomatik reallıqlarına uyğun olmayan mövqedir.

Üçüncüsü və ən önəmlisi, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa və imzaladığı rəsmi sənədlərə əsasən qurur. Şuşa Bəyannaməsi və İsraillə müxtəlif sahələr üzrə imzalanan sazişlər buna bariz nümunədir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın İran–İsrail münaqişəsində tutduğu mövqe müstəqil dövlətin və milli maraqlara əsaslanan siyasətin təzahürüdür. Ümid edirik ki, bu mötədil və balanslı yanaşma sayəsində Azərbaycan nə dövlət, nə də cəmiyyət olaraq bu regional gərginlikdən zərər görməyəcək”.

Ümid partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Azərbaycanın mövqeyi Xarici İşlər Nazirliyi və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi tərəfindən dəyərləndirilib:


İqbal Ağazadə

“Azərbaycan münaqişələrin danışıqlar yolu ilə həllində maraqlıdır. Müharibənin olmasını dəstəkləmirik. Ərazilərimizdən 3-cü dövlətin istifadəsinə imkan vermirik. Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımızın taleyi ilə bağlı məsələlər diqqətdə saxlanılır. Lakin bu başqa məsələnin müzakirə mövzusudur. Ona görə də Azərbaycan hazırda sərgilədiyi rəsmi mövqeyini davam etdirməkdədir. Azərbaycan dövləti bu məsələyə diplomatik dillə, beynəlxalq qaydalar çərçivəsində yanaşır”.

AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan bu məsələdə son dərəcə həssas və ölçülü davranmalıdır. Çünki müharibə birbaşa qonşu ölkədə İranda baş verir. Həm də bu, elə bir ölkədir ki, orada 30-35 milyona yaxın soydaşımız Güney azərbaycanlı qardaş-bacılarımız yaşayır. Bu reallıq Azərbaycanın mövqeyində hər zaman əsas meyar olmalıdır.

Həmçinin oxuyun:

“Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etdi”

Təbii ki, biz bu proseslərə yanaşarkən, həm soydaşlarımızın təhlükəsizliyini, həm də regiondakı sabitliyi düşünməliyik. Bəli, İran hakimiyyətinin zaman-zaman Azərbaycan əleyhinə çıxışları və dostluğa uyğun olmayan bəyanatları olub. Lakin bu, Azərbaycanın bu məsələyə yanaşmasında praqmatik və balanslı davranmasına əngəl yaratmamalıdır.

Digər tərəfdən, İsrailin bu məsələdə beynəlxalq hüquqa zidd olan bəzi aqressiv hərəkətləri də qeyd olunmalıdır. Heç bir ölkə, o cümlədən İsrail BMT qərarları olmadan, beynəlxalq hüquqi legitimlik qazanmayaraq başqa bir ölkənin ərazisinə hərbi müdaxilə edə bilməz. Əgər bu presedent qəbul olunarsa, beynəlxalq hüququn toxunulmazlıq prinsipi təhlükəyə düşür.


Tural Abbaslı

Yenə də vurğulamaq istəyirəm: bu münaqişənin ən ağır nəticələrini bizim 40 milyona yaxın soydaşımız çəkə bilər. Regionda sabitliyi itirmiş bir qonşu dövlətin olması isə, şübhəsiz, birbaşa Azərbaycanın milli təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Bu baxımdan, Azərbaycanın ilk və əsas mövqeyi münaqişənin dayandırılması, atəşkəsin bərqərar olunması və sülh çağırışlarının önə çəkilməsi olmalıdır. Əgər tərəf seçmək məcburiyyəti yaranarsa, o zaman, düşünürəm ki, biz ilk növbədə soydaşlarımızın taleyini nəzərə almalıyıq və onların təhlükəsizliyinin təmin olunmasını prioritet saymalıyıq”.

Siyasi şərhçi Aydın Quliyevin fikrincə, qarşıdurma vəziyyətində olan ölkələrdən biri İranla Azərbaycanın yaxın qonşuluq münasibətləri mövcuddur, İsraillə isə strateji tərəfdaşlıq əlaqələri qurulub:

“Belə bir geosiyasi şəraitdə İran–İsrail müharibəsi, şübhəsiz ki, Azərbaycanın həm regional, həm də qlobal maraqları baxımından ciddi əhəmiyyət kəsb edir və bu vəziyyətə diqqətli münasibət tələb olunur.

Əslində, indiki mərhələdə Azərbaycandan hər hansı radikal addım və ya qərəzli mövqe gözlənilmir. Azərbaycan hər iki ölkə ilə münasibətlərində bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət yürüdür. Hələ müharibədən öncə, istər İran, istərsə də İsrailin daxil olduğu bir sıra regional məsələlərdə Azərbaycan açıq və balanslaşdırılmış mövqe nümayiş etdirmişdi.

Azərbaycan Yaxın Şərqdə davamlı sülh və təhlükəsizlik naminə Fələstin probleminin “iki dövlət prinsipi” əsasında həllini dəstəkləyir. Bu mövqe rəsmi şəkildə beynəlxalq tribunalarda dəfələrlə səsləndirilib və Azərbaycanın prinsipial yanaşmasının mühüm nümunəsidir.


Aydın Quliyev

Bundan əlavə, İranın nüvə proqramına münasibətdə də Azərbaycan aydın mövqe sərgiləyir. Rəsmi Bakı İranın dinc məqsədli nüvə enerjisinə malik olmasını dəstəkləyir və bu məsələnin sülh yolu ilə, dialoq çərçivəsində həll olunmasının tərəfdarıdır. Qonşu ölkə kimi Azərbaycanın marağı İranla bağlı bütün fikir ayrılıqlarının qarşıdurmaya deyil, danışıqlara əsaslanaraq həll edilməsidir.

İran–İsrail müharibəsində Azərbaycanın nə bir marağı, nə də hər hansı rolunun olması mümkündür. Bu münaqişənin qızışdırılması və ya dərinləşdirilməsində Azərbaycanın heç bir iştirakçılığı yoxdur. Əksinə, Bakı bu regionda sabitliyin qorunmasında və gərginliyin azalmasında maraqlıdır.

Bununla belə, əgər hər iki tərəf d’ maraqlı olarsa, Azərbaycan onların münasibətlərində vasitəçi və ya dialoqun təşəbbüskarı kimi çıxış edə bilər. Hətta bəzi aspektlərdə, Türkiyə ilə müqayisədə belə, Azərbaycanın bu məsələdə daha neytral və etibarlı tərəf kimi çıxış etmə potensialı var. Lakin bu, yalnız qarşılıqlı istək və diplomatik iradə şəraitində mümkün ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:378
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri