Icma.az
close
up
RU
Yaxın Şərq Tədqiqatları Mərkəzinin rəhbəri: Prezident İlham Əliyevin təbriki türk birliyinə dair strateji siqnaldır

Yaxın Şərq Tədqiqatları Mərkəzinin rəhbəri: Prezident İlham Əliyevin təbriki türk birliyinə dair strateji siqnaldır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 16 may, AZƏRTAC

Yaxın Şərq Tədqiqatları Mərkəzinin prezidenti, Yaxın Şərq üzrə ekspert Murad Sadıqzadə AZƏRTAC-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbrikinin əhəmiyyətini şərh edib.

O, söhbət əsnasında bu addımın Türkiyə üçün əhəmiyyəti, regional güc balansında mümkün nəticələri və Azərbaycanın terrorizmlə mübarizədəki rolu ilə bağlı sualları da cavablandırıb.

- Prezident İlham Əliyevin PKK-nın özünü ləğv etməsi ilə bağlı təbrikini necə qiymətləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin PKK terror qruplaşmasının özünü ləğv etməsi münasibətilə təbrikini düşünülmüş, çoxşaxəli diplomatik gediş kimi qiymətləndirmək lazımdır. Bu, sadəcə olaraq həmrəylik deyil, həm də Türkiyə ilə strateji birliyin nümayişidir. Bakı ilə Ankara arasında sıx siyasi, hərbi və iqtisadi əlaqələri nəzərə alsaq, belə bir bəyanat müttəfiqlik xəttinin təbii davamına çevrilir. Bu, həmçinin təhlükəsizlik məsələlərində Türkiyə-Azərbaycan vahid mövqeyinin mövcudluğuna dair regiona verilən siqnal rolunu oynayır.

Qarabağ münaqişəsini yaşayan Azərbaycan üçün separatizm və silahlı qeyri-qanuni strukturlarla mübarizə mövzusu dərin məna kəsb edir. Prezident İlham Əliyev Türkiyəyə dəstəyini ifadə edərək, zorakılığın legitim siyasi proseslə əvəz olunduğu bütün region üçün sabitlik və asayiş modeli kimi “Terrorsuz Türkiyə”nin əhəmiyyətini vurğulayır.

- Bu dəstək jesti Türkiyə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan üçün nə dərəcədə önəmlidir?

- Bu bəyanatın yüksək rəmzi və strateji əhəmiyyəti var. Birincisi, bu, xüsusən də Ankaranın PKK ilə bağlı siyasətinə Qərbin müxtəlif reaksiyaları fonunda Türkiyənin hərəkətlərinin əsas müttəfiqləri tərəfindən müsbət qarşılandığını təsdiqləyir. İkincisi, legitimliyini terrorla effektiv mübarizə aparan lider obrazı üzərində quran Prezident Rəcəb Tayyib Ərdoğan üçün Azərbaycan dövlətinin başçısının bəyanatı qazanılan uğurun xaricdən təsdiqidir. Bu, başqalarının uğursuz olduğu məqamda nəticələr əldə edə bilən lider kimi onun imicini gücləndirir.

Üstəlik, bu jest Ankaranın fəal şəkildə irəli sürdüyü “türk birliyi” konsepsiyasına dəstək kimi də qiymətləndirilə bilər. Beləliklə, Prezident İlham Əliyevin təbriki həm ikitərəfli əlaqələri, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli koordinasiya formatlarını gücləndirir.

- Bu yeni reallıq Türkiyənin regional lider kimi daha da güclənməsi üçün hansı imkanlar yaradır və Azərbaycanın maraqlarına necə təsir edə bilər?

- PKK-nın özünü ləğv etməsi və bu hadisəyə diplomatik dəstək Türkiyəyə regional liderliyini gücləndirmək üçün unikal şans verir. Daxili terror təhlükəsinin azaldılması Ankaraya daha fəal şəkildə xarici siyasətə - Suriya, İraq, Qafqaz və Mərkəzi Asiyaya diqqət ayırmağa imkan verəcək.

Türkiyə üçün bu, “mənəvi kapitalın” toplanması anıdır; o, özünü uzun sürən münaqişənin öhdəsindən uğurla gəlmiş dövlət kimi təqdim edə bilər. Bu, Ankaranın müsəlman dünyasında və daxili təhlükələrlə üzləşən ölkələr arasında mövqeyini gücləndirir.

Azərbaycan isə Türkiyənin bütün sahələrdə güclənməsindən faydalanır. Yəni, hərbi sahədə, texnologiya, logistika, iqtisadiyyat, nəqliyyat və enerji dəhlizlərinin inkişafı istiqamətlərində və diplomatiyada Türkiyə ilə müttəfiqlik müstəvisində dolayı təsir vasitəsilə güclənir. Üstəlik, Şərqlə Qərb arasında əsas aktor olan Bakının Türk Dövlətləri Təşkilatındakı mövqeyi də möhkəmlənir.

- Regionda terrorizmlə mübarizənin yeni mərhələsində Azərbaycanın rolunu necə görürsünüz?

- Azərbaycan terrorizmlə mübarizənin böhrandan sonrakı dövründə əsas rol oynaya bilər. Rəsmi Bakının ölkənin ərazi bütövlüyünün uğurla bərpa edilməsini, hərbi, diplomatik və humanitar yanaşmaları birləşdirən öz təcrübəsi var. Bu, İraq və ya Suriya kimi digər böhran bölgələrində faydalı ola bilər.

Azərbaycan, həmçinin KTMT, MDB və İslam Əməkdaşlıq Təşkilatı kimi strukturlar vasitəsilə kəşfiyyat məlumatlarının mübadiləsi və səylərin əlaqələndirilməsi üzrə mühüm platformaya çevrilə bilər. Moskva, Ankara və digər regional paytaxtların yüksək etimadı sayəsində Bakı “təhlükəsizlik habı” qismində çıxış etməyə qadirdir.

Nəhayət, Azərbaycan radikal təşkilatların rəqəmsal təbliğatının artması fonunda xüsusilə aktual olan ərazi bütövlüyü, dünyəvi dövlət və siyasi dialoq gündəliyini təbliğ etməklə terrorizmlə ideoloji mübarizəyə töhfə verə bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri