Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Kopenhagen səfəri: Avropaya verilən strateji mesaj

Prezident İlham Əliyevin Kopenhagen səfəri: Avropaya verilən strateji mesaj

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 oktyabr, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyini, regional münaqişələri və strateji tərəfdaşlıqları müzakirə etmək baxımından mühüm məkan oldu. Zirvə toplantısında 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdi. Bu platformada Azərbaycan Prezidentinin mövqeyi xüsusi diqqət çəkdi. Çünki Avropanın enerji xəritəsində Azərbaycanın payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı mövcuddur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, ən diqqətçəkən hadisə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Son aylarda Brüssel və Vaşinqton formatlarında aparılan müzakirələrə Kopenhagen görüşü əlavə edilsə də, Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi başa çatıb, danışıqların mövzusu yalnız sülh müqaviləsi və sərhədlərin delimitasiyası ola bilər. Bu mövqe həm aydın, həm də prinsipialdır. Çünki 2020-ci ildən sonra regionun reallığı dəyişib və bunu Paşinyan da etiraf etmək məcburiyyətində qalır. Əlavə olaraq, görüşdə kommunikasiya xətlərinin açılması məsələsi gündəmdə olub. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Avropa üçün mühüm mövzudur. Çünki Zəngəzur dəhlizi reallaşacağı halda, Avropa-Asiya ticarət xətti üçün yeni marşrut formalaşacaq.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşləri Kopenhagen səfərinin strateji xəttini daha da gücləndirdi. Ursula Fon der Lyayen hələ 2022-ci ildə Bakıda imzaladığı sənədlə Azərbaycanı Avropanın “etibarlı enerji tərəfdaşı” adlandırmışdı. Budəfəki görüşdə isə əsas vurğu yaşıl enerji layihələrinə edildi. Xatırladaq ki, Qara dənizdən Avropaya çəkiləcək “yaşıl kabel” layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir. Antonio Koşta ilə müzakirələrdə isə Azərbaycanın Avropa siyasi sisteminə inteqrasiya imkanları və enerji təhlükəsizliyindəki rolu müzakirə olundu.

“Kopenhagendə Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü də diqqət çəkdi. Moldova Avropanın ən həssas ölkələrindən biridir, çünki enerji asılılığı onun milli təhlükəsizliyinin əsas zəif nöqtəsidir. Bu kontekstdə Azərbaycan qazının Moldovaya çatdırılması məsələsi gündəmə gəlib. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropada da mühüm oyunçuya çevrildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışları bir neçə strateji mesajı özündə ehtiva edirdi. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalanacağı halda regionda tamamilə yeni əməkdaşlıq mərhələsi başlayacaq. Azərbaycanın qaz və yaşıl enerji potensialı Avropanın ən çox ehtiyac duyduğu sahədir. Həmçinin Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropanın siyasi müzakirələrində mərkəzi mövqeyə sahibdir”, - deyə o əlavə edib.

Müsahibimiz vurğulayıb ki, Kopenhagen zirvəsi Azərbaycanın siyasətinin artıq lokal deyil, Avropada əhəmiyyət daşıyan xəttə çevrildiyini göstərdi. Prezident İlham Əliyevin Baş nazir Paşinyanla görüşü sülh prosesinin davamlılığını təsdiqlədi, Avropa İttifaqı rəhbərləri ilə dialoqu enerji xəritəsində Azərbaycanın çəkisini artırdı, Moldova ilə danışıqlar isə Şərqi Avropa ilə yeni enerji körpüsünü formalaşdırdı.

“Zirvənin sonunda yaranan ümumi mənzərə belədir: Azərbaycan artıq sadəcə regional aktor deyil. Bakı həm sülhün təşəbbüskarı, həm də Avropanın enerji təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin Kopenhagen səfəri bir daha göstərdi ki, Azərbaycanın diplomatiyası lokal sərhədləri çoxdan aşaraq qlobal siyasətdə mühüm söz sahibinə çevrilib”, - deyə E. Akimova fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri