Icma.az
close
up
RU
“Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının nəticəsidir”

“Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının nəticəsidir”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi, şübhəsiz,  çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Xüsusi vurğulamaq lazımdır ki, sazişdə  yenə də “Dağlıq  Qarabağ” ifadəsinin işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin indiyədək bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürü sayıla bilər. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində aparılan müzakirələrdə bu çağırışı etdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq. Prezident İlham Əliyev həmin müzakirələrdə, həmçinin BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adlardan istifadə etməyə yol verməməyə çağırmışdı.

 Artıq ABŞ-nin Dövlət katibi postunu tərk edən Antoni Blinkenin son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraqlarına, mənafelərinə zərbə vurmaqdan, yeni Prezident Donald Trampın komandası üçün “minalanmış sahələrin” coğrafiyasını daha da genişləndirməkdən çəkinməməsi diqqətdən kənarda qalmır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ tarixində qara ləkə kimi qalacaq Bayden administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır:

“Bu bəlaların əsas müəllifi sabiq Prezident Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi digər mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Bayden administrasiyasının son illərdə fəaliyyəti dünya xalqlarında ABŞ-yə qarşı inamsızlığın yaranmasını şərtləndirdi. Sözdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirən Bayden administrasiyası əməldə tamamilə fərqli bir yanaşma ortaya qoydu. Azərbaycan 30 illik işğal və postmünaqişə dövrlərində dünya güclərinin, xüsusilə  ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan ölkələrin ikili standartdan irəli gələn addımlarının dünyada onlara etimadın sıfıra enməsinə səbəb olmasının şahididir. Son vaxtlar isə Ermənistanın silahlandırılması açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Ukraynada baş verənlər, öz ölkəsini tərk edib dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində həlak olan milyonlarla ukraynalının qanı Bayden administrasiyasının, o cümlədən Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının nəticəsidir. Qəzzada, Livanda baş verən faciələrin baiskarı olan Blinkenin əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb. Keçmiş administrasiyanın xeyli sayda bu kimi ədalətə və beynəlxalq hüquqa zidd əməllərini, destruktiv addımlarını sadalamaq olar. ABŞ Baydenin prezidentliyi dövründə beynəlxalq səviyyədə özünə olan inamsızlığı daha da artırdı. Bayden administrasiyasının qatı ermənipərəst mövqeyi, xüsusilə Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırılması ilə nəticələndi. Eləcə də onun Gürcüstanı qarışdırmaq, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.

Milli Məclisin deputatı bildirib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasında hər iki tərəfin öz maraqları vardır. Ermənistan hazırda heç bir sahədə ABŞ-lə strateji tərəfdaşlıq quracaq səviyyədə deyil. İqtisadiyyatı böhran içərisində olan bir ölkənin hansısa  sosial rifahdan, hərbi gücdən danışması mümkünsüzdür. Bu fakt inkaredilməzdir ki, Ermənistan bəzi dünya güclərinin əlində bir oyuncaq, onların maraqlarının  ifadəçisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq Amerika, Avropa İttifaqı və Ermənistan adı ilə çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdı. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının Prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər. Onlar faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər.

“Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu əməkdaşlığa diqqəti yönəldərək bildirdi ki, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb.  Prezident İlham Əliyev bu çağırışı etdi ki, əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu”, - o qeyd edib.

Vüqar Rəhimzadə vurğulayıb ki, bütün bunlar dövlətlər arasında münasibətlərin formalaşmasında və yeni istiqamətlər üzrə inkişafında etimad mühitinin mövcudluğunu daha da aktuallaşdırır. Etimad olmadığı təqdirdə əməkdaşlığın möhkəmliyindən, hədəfə doğru birgə addımlamaqdan danışmaq mümkün deyil. Bayden administrasiyası və  Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biri kimi tarixdə qalacaq.

Millət vəkili bildirib ki, son dörd ildə ABŞ-nin addımlarına diqqət yetirdikdə ölkəmizlə münasibətlərində də dəyişikliyi aydın görmək mümkündür. Ermənistana dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərdi. Azərbaycan bu illər ərzində Qərb ölkələrinin, ABŞ-nin  əsassız təbliğatları ilə üz-üzə qaldı. 1992-ci ildə ABŞ-nin xarici siyasətinin prioritetlərini müəyyənləşdirərkən ədalətsiz yanaşma ortaya qoyaraq ölkəmizə qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz “907-ci düzəliş”in gah gündəmə gətirilməsi, gah da dondurulması da bəzi məqamlara işıq salır. Düşünürük ki, Tramp administrasiyası yeni vəziyyət yaratmaqla münasibətlərdə etimad mühitinin formalaşmasına səy göstərəcək. Yeni dünya nizamının formalaşması ABŞ üçün də bir sıra mühüm yeniliklərə yol açacaq. Bayden administrasiyası, o cümlədən Antoni  Blinken dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri,  riyakarlıq və xəyanət nümunələri kimi tarixdə qalacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri