Icma.az
close
up
RU
Yaxın Şərqdə KRİTİK ANLAŞMA “İndi bütün iplər İranın əlindədir...”

Yaxın Şərqdə KRİTİK ANLAŞMA “İndi bütün iplər İranın əlindədir...”

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə "Hizbullah"ın rəhbərliyi arasında Livanda atəşkəsin əldə olunmasına dair razılıq əldə edilib.
Bu barədə məlumat verən ABŞ Prezidenti Donald Tramp bildirib ki, baş nazir Benyamin Netanyahu ilə məhsuldar söhbəti olub.  
Onun sözlərinə görə, İsrail qoşunları daha Beyruta doğru irəliləməyəcək.
Tramp həmçinin əlavə edib ki, "Hizbullah" nümayəndələri də hərbi əməliyyatları dayandırmağa razılaşıb.
Bu əsasda Tramp Livan ətrafında vəziyyətin normallaşdığı və İranla atəşkəsin müddətini uzatmaq və Hörmüz boğazını tamamilə yenidən açmaq barədə sazişin yaxın bir həftə ərzində əldə oluna biləcəyini də diqqətə çatdırıb. O, həmçinin bu sazişi "hərbi qələbədən daha dəyərli" adlandırıb.
Atəşkəs pozulsa da, danışıqlar davam edir...
ABŞ və İran arasında qarşılıqlı zərbələr yenidən başlayıb. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İranın buraxdığı raket və pilotsuz uçuş aparatlarının bir hissəsi zərərsizləşdirilib, daha sonra Qəşm adasındakı idarəetmə obyektlərinə zərbələr endirilib. İran isə buna cavab olaraq regiondakı ABŞ hərbi obyektlərini və Vaşinqtonla əlaqəli gəmiləri hədəf aldığını bildirib. Eyni zamanda, Küveytdəki Amerika qüvvələrinə qarşı həyata keçirilən növbəti PUA hücumunun da qarşısının alındığı açıqlanıb.
Bütün bunlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp bu gün yayımlanan müsahibəsində yenidən sülh mesajları verib. O, hətta İranın Ali lideri Müctəba Xamenei ilə görüşmək ehtimalını da istisna etməyib.
Savaş başa çatır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, prosesin bundan sonra necə cərəyan edəcəyi yenə də ABŞ Prezidentindən asılı olacaq:
“O müttəfiqi İsraili cilovlamalı, onun qarşısında sərt tələb qoymalıdır ki, prosesə maneə olmasın. Bu baş verərsə, İran bəlkə də ABŞ ilə dil tapsın və onlar münasib çıxış yoluna gələ bilsinlər.
Digər tərəfdən, İsrail ilkin razılaşma və şərtləri ciddi şəkildə pozur. İran “Hizbullah”ın müttəfiqi olduğunu heç zaman gizlətməyib. Bu əsasda da tələb edir ki, atəşkəs elan olunursa, İsrail də Livandan çıxmalıdır. Bu olmasa, danışıqlardan çıxacağını bildirib. Livan isə dəfələrlə İsrail tərəfindən işğala məruz qalıb. Razılaşmalara rəğmən İsrail yenidən Livanın cənubuna hücum etdi.
Yəni həmin ərazidə vəziyyətin kritik olması bilavasitə İsrailin yürütdüyü siyasətlə bağlıdır. Livanın cənubunda yaşayanlara gəldikdə onlar da yerli insanlardır, gəlmə deyil və onlara proksi qüvvələr demək olmaz. “Hizbullah”la vuruşmaq İsrail üçün çətindir. Çünki ilk növbədə relyef “Hizbullah”ın müttəfiqidir”.
Müsahibimiz düşünür ki, problemin həllinin açarı indi İranın əlindədir:
“Çox güman Babel-Mandeb keçidini də İran Husilərin əli ilə bloklayacaq. Bu baş verərsə, dünya iqtisadiyyatı hava çatışmamazlığı ilə üz-üzə qalacaq, qiymətlər kəskin artacaq. ABŞ-nin yüksək rütbəli generalları, Petreus, Duqlas Marqreqr, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Leon Panetta Amerikanın müharibədə məğlub olduğunu bildirirlər. Bu da Trampın yanlış siyasətinin nəticəsidir. Məsələnin həllinin açarı indi, demək olar ki, İranın əlindədir”.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri