Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 13 iyun, AZƏRTAC
Yaxın Şərqdə vəziyyətin son dərəcə kəskinləşməsi ilə əlaqədar Almaniyada da təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC “Welt” televiziyasına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin internet səhifəsində səfər tövsiyələri yenilənib, İsraildə istənilən an pilotsuz uçuş aparatlarının və raket hücumlarının baş verə biləcəyi qeyd olunub.
“Lufthansa” şirkəti iyulun 31-dək Tehrana uçuşları dayandırdığını açıqlayıb. Şirkət Təl-Əvivə uçuşların dayandırılmasını iyulun sonuna qədər uzadıb. Bundan başqa, İordaniyanın Əmman, İraqın Ərbil və Livanın Beyrut şəhərlərinə də uçuşlar ən azı bir həftə müddətinə dayandırılıb. Həmin ölkələrin hava məkanından istifadədən də müvəqqəti imtina edilib. İsrailin Berlindəki səfirliyi gün ərzində fəaliyyət göstərməyib.
Kansler Fridrix Merts ölkədəki yəhudi və israilli qurumların qorunması məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. F.Merts vəziyyətlə bağlı İsrailin Baş naziri ilə telefon danışığından sonra Almaniya hökumətinin təhlükəsizlik kabinetinin iclasını çağırıb.
Daxili işlər naziri Aleksander Dobrindt federal əyalətlərin daxili işlər nazirlərinin Bremerhaven şəhərində keçirilən iclasında nazirliklərin rəhbərlərini yaranmış vəziyyət barədə məlumatlandırıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 13 İyun 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















