Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Yaxın Şərqdə təhlükəsizlik mexanizmi

Yaxın Şərqdə təhlükəsizlik mexanizmi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ankara, Ər-Riyad və Misir bir çətir altında birləşir

Yaxın Şərqdə artıq yeni geostrateji və geosiyasi güc mərkəzləri meydana gəlib. Bu güc mərkəzləri sözügedən regionda siyasi proseslərin gedişatında mühüm rol oynamaq, istənilən siyasi prosesə təkan vermək və regionda öz təsir gücünü göstərmək iqtidarında olan ölkələrdir. Belə demək mümkünsə, Yaxın Şərqlə bağlı siyasi və iqtisadi məsələlərin nizamlanmasında bu ölkələrin mövqeyi nəzərə alınır. Əvvəllər bu ölkələr bir-birinə rəqib idilərsə, indi isə birgə əməkdaşlıq çərçivəsində bir-birinə daha da yaxınlaşıblar. Təbii ki, söhbət Türkiyə-Səudiyyə Ərəbistanı-Misir üçbucağından gedir. Bu üçbucaq nəinki siyasi və iqtisadi sahədə, həmçinin hərbi-təhlükəsizlik sahəsindəki münasibətlərdə də özünü göstərməkdədir. 

Üç ölkənin hədəfi - üçtərəfli regional təhlükəsizlik ittifaqı

Son beş-altı il ərzində Türkiyə, Səudiyyə Ərəbistanı və Misir arasında diplomatik-siyasi və iqtisadi-ticari əməkdaşlığın genişlənməsi öz bəhrəsini verməyə başlayıb. Artıq üç ölkənin hərbi-siyasi rəhbərləri hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahəsində də qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək, hətta doğrusunu desək, birgə regional təhlükəsizlik mexanizmi formalaşdırmaq istiqamətində danışıqları intensivləşdirib. İstər Türkiyə və Misir, istərsə Türkiyə və Səudiyyə Ərəbistanı, istərsə də Misir və Səudiyyə Ərəbistanının dövlət rəsmiləri arasında bu məqsədlə bağlı tez-tez görüşlər keçirilir. Ekspertlərin məlumatına görə, son zamanlar Ankara, Ər-Riyad və Qahirənin birgə təşəbbüsü ilə baş tutan yüksək səviyyəli danışıqlarda Yaxın Şərqdə hazırkı proseslər ilə bağlı bir çox məsələlər, xüsusilə də Fələstinin dövlətçiliyi, o cümlədən Qəzzada mövcud vəziyyət barədə ətraflı müzakirələr və fikir mübadilələri aparılıb. Belə hesab olunur ki, region daxili və regiondan kənar güc mərkəzlərinin regionda təhlükələrinin qarşısının alınması istiqamətində birgə addımların atılması danışıqların əsas müzakirə mövsudur və görüşlərdə bu məsələyə daha çox diqqət yetirilir - bu məsələdə ortaq mövqe nümayiş etdirmək hər üç ölkənin başlıca hədəfidir. Ekspertlər qeyd edirlər ki, regiondan kənar güc mərkəzlərinin regiona müdaxiləsinə mane olmaq, habelə regionda davamlı sülh və sabitliyin təminatına yönələn birgə təhlükəsizlik mexanizmin əsasının qoyulmasının zəruriliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Misiri bir-birinə daha da yaxınlaşmağa və üçtərəfli əməkdaşlığı daha da möhkəmləndirməyə sövq edib.

Hədəfə doğru addımlar atılmağa başlanılıb

Ekspertlər, həmçinin vurğulayırlar ki,  Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin birgə regional təhlükəsizlik mexamizmi formalaşdırmaq üçün xüsusi potensialı var - hər üç ölkə buna nail olmaq üçün geniş hərbi-siyasi imkanlara malikdir. Onların fikrincə, belə bir mexanizmin əsasının qoyulması Yaxın Şərqdə geostrateji, geosiyasi və geoiqtisadi balansın tarazlaşmasına gətirib çıxara bilər. Bunun özü müsbət nəticə göstərəcəyi təqdirdə, digər region ölkələrinin bu mexanizmə qoşulması da istisna deyil. Demək olar ki, artıq bu istiqamətdə lazımi işlər görülməyə başlanılıb - ilk növbədə Türkiyə, Səudiyyə Ərəbistanı və Misir həm ikitərəfli, həm də üçtərəfli təmaslar çərçivəsində hərbi-müdafiə, hərbi-texniki və hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirir. Türkiyə KİV-lərinin məlumatına görə, yaxın zamanda Şərqi Aralıq dənizində Türkiyə və Misir hərbi donanmasının genişmiqyaslı təlimlərinin keçirilməsi gözlənilir. Bu təlimlərə hər iki tərəfdən xeyli sayda hərbi gəmi və qırıcı təyyarələr qatılacaq. Bu, Türkiyə-Misir hərbi münasibətlərində ilk belə hadisə olacaq. Səudiyyə Ərəbistanı isə Türkiyənin hərbi sənayesinə maraq göstərir - Ər-Riyad Türkiyənin böyük hərbi-texniki layihələrinə qoşulmaq və bu layihələrdən yararlanmaq niyyətindədir. Hər iki ölkənin KİV-lərinin məlumatında qeyd olunur ki, Ər-Riyad Türkiyə ilə 6 milyard dollar dəyərində hərbi saziş imzalamağa hazırlaşır. Bu sazişə görə, Ər-Riyad Türkiyədən beşinci nəsil hərbi gəmiləri, PUA-lar, raketlər və müxtəlif hərbi ləvazimatlar alacaq. Xüsusilə qeyd edək ki, 2030-cu ildə Türkiyə ordusunun istifadəsinə veriləcək KAAN qırıcı təyyarələri Ər-Riyad və Qahirənin diqqətini cəlb edib. Bundan başqa, Türkiyə müdafiə və təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı və Misir üçün etibarlı tərəfdaş kimi görünür.  Hər iki ölkə Türkiyənin gücünü və qüdrətini çox yaxşı anlayır. Ekspertlər belə bir qənaətə gəliblər ki, hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təhlükəsizliklə bağlı mütəmadi məsləhətləşmələrin aparılması və ortaq diplomatik-siyasi mövqeyin sərgilənməsi birgə regional təhlükəsizlik mexanizminin əsasının qoyulmasına gətirib çıxara bilər. İrəli sürülən fikirlər onu deməyə əsas verir ki, Türkiyənin hərbi-siyasi qüdrəti, Səudiyyə Ərəbistanının geniş iqtisadi-siyasi təsir imkanları və Misirin geosiyasi əhəmiyyətinin artması fonunda Yaxın Şərqin sabitliyinə və təhlükəsizliyinə töhfə verəcək, bununla yanaşı regiondan kənar qüvvələrin regiona müdaxiləsini qarşısını ala biləcək mexanizmin formalaşması mümkündür.

Belə bir mexanizm regiona nə vəd edir?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı arasında birgə təhlükəsizlik mexanizminin yaradılması ideyası Yaxın Şərqdə yeni güc mərkəzinin formalaşması deməkdir. “Əgər bu təşəbbüs reallaşarsa, regionda Qərbdən asılı olmayan, müstəqil təhlükəsizlik arxitekturası meydana çıxacaq. Bu model ilk növbədə İranın təsir balansını yumşalda, İsrailin hərbi üstünlüyünü isə müəyyən dərəcədə neytrallaşdıra bilər. Həmçinin regiondakı daxili böhranlara - Yəmən, Sudan, Qəzza və Suriya kimi münaqişələrə - daha çevik, regional cavab mexanizmi formalaşar. Türkiyənin diplomatik çevikliyi, Misirin geosiyasi mövqeyi və Səudiyyə Ərəbistanının maliyyə gücü birləşsə, bu mexanizm “Yaxın Şərqin NATO-su” obrazını qazana bilər. Bu, həm də İslam dünyasının təhlükəsizlik məsələlərində birinci dərəcəli söz sahibi olmasının başlanğıcı olar,” - deyə T.İsmayılov vurğulayıb.

Mexanizmə əngəl olan amil

“Lakin proses bir o qədər də asan deyil. Ən böyük əngəl - ölkələr arasındakı tarixi etimadsızlıq və liderlik ambisiyalarıdır. Ər-Riyadla Qahirə arasında bəzən maraq toqquşmaları müşahidə olunur, Ankara isə Qərblə balans siyasətini qorumağa çalışır. Bu fərqli vektorlar birgə mexanizmin sabitliyinə təsir göstərə bilər,” - deyə T.İsmayılov əlavə edib ki, müəyyən xarici qüvvələr də buna mane olmağa çalışacaq: “İran və İsrail kimi regional güclər belə ittifaqı öz maraqlarına təhdid kimi görəcək. İran bu formatı “anti-şiə blok”u kimi təqdim etməyə, İsrail isə Qərb diplomatiyası vasitəsilə onun önünü kəsməyə çalışacaq. ABŞ və NATO da bu təşəbbüsə ehtiyatla yanaşacaq, çünki bu, Qərbin Yaxın Şərqdəki nəzarət alətlərini zəiflədə bilər. NATO-nun rəsmi mövqeyi “əməkdaşlığa açığıq” şəklində olsa da, praktikada Türkiyənin müstəqil regional ittifaqda aparıcı rolu Brüsseli narahat edəcək”. 

Yeni səhifə aça bilər, amma...

T.İsmayılov hesab edir ki, Türkiyə bu mexanizmi Qərbə qarşı deyil, regional sabitliyin daxili dayağı kimi təqdim etməyə çalışacaq. “Əgər tərəflər strateji etimad yarada bilsə, bu format həm terrora qarşı mübarizədə, həm də enerji təhlükəsizliyində mühüm rol oynayar. Lakin bu mexanizm ancaq siyasi səmimiyyət və qarşılıqlı hörmət üzərində qurularsa, yaşayar. Əks halda, o da əvvəlki ərəb ittifaqları kimi kağız üzərində qalacaq. Yaxın Şərq üçün isə bu dəfə fərqli bir səhifə açmaq imkanı yaranıb - amma bu səhifəni kim və necə yazacaq, hələ hələ məlum deyil”.

NATO nizamnaməsi nə deyir?

Bu məsələyə gəlincə, T.İsmayılov qeyd edib ki, NATO-nun nizamnaməsində üzv dövlətlərin alyansdan kənar hərbi və təhlükəsizlik ittifaqları qurmasını qadağan edən konkret bir müddəa yoxdur. “Lakin sənədin ruhu və 5-ci, 8-ci maddələrin məzmunu bu məsələdə çox aydın balans tələb edir. 8-ci maddəyə görə, NATO üzvü olan heç bir dövlət alyansın məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edən beynəlxalq öhdəliklər götürə bilməz. Yəni formal qadağa yoxdur, amma faktiki məhdudiyyət var. Bu o deməkdir ki, NATO üzvü olan bir ölkə, məsələn, Türkiyə - alyansın maraqları ilə ziddiyyət təşkil etməyən regional təhlükəsizlik mexanizmlərində iştirak edə bilər. Ancaq həmin ittifaq NATO-nun qərar mexanizmlərinə, hərbi inteqrasiya sisteminə və kollektiv müdafiə prinsipinə zidd olmamalıdır. Əgər belə bir təşəbbüs NATO-nun maraqlarına paralel gedirsə, Brüssel adətən buna səssiz dəstək verər. Amma əgər ittifaq Qərbin təsir dairəsini zəiflədə və ya alyansın vahid qərar mexanizmini parçalaya bilərsə, o zaman ciddi etiraz yaranır,” - T.İsmayılov bildirib.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri