Icma.az
close
up
RU
Yaxın Şərqdəki müharibənin yeni mərhələsi: Atəşkəsin arxasında gizlənən həqiqətlər Rəy

Yaxın Şərqdəki müharibənin yeni mərhələsi: Atəşkəsin arxasında gizlənən həqiqətlər Rəy

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 ay sonra Həmas və İsrail arasında atəşkəs elan edildi. İsrail ordunun Qəzza zolağından mərhələli şəkildə çıxarılması üçün hazırlıqlara başlayıb. Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik və qarşıdurma yeni bir mərhələyə qədəm qoyur. Həmas və İsrail arasında elan edilən atəşkəs regionda nisbi sakitlik yaratmağa ümid versə də, bu razılaşmanın əslində tərəflərin maraqlarına xidmət edib-etmədiyi sual altındadır. Bəs bu addım müharibənin sonu, yoxsa daha böyük qarşıdurmanın başlanğıcıdır? Bu razılığın  Trampın fəaliyyətə başlaması ərəfəsində baş tutması təsadüfidirmi? 

Bu barədə Moderator.az-a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, İsrail- Həmas qarşıdurmasında  İsrail istəyinə tam olaraq nail olmadı:

 “İsrail Həması Qəzza zolağından çıxartmaq üçün bu müharibəyə  başlamışdı. Lakin İsrail istəyinə nail olmasa da Həmas, Hizbullah kimi təşkilatları zəiflətdi, ən böyük zərbəni isə fələstinlilərə vurdu. 50 minə yaxın insanın həlak olması və yaralanması isə faciənin miqyasını daha da artırır. Qəzzadakı dağıntılar milyardlarla ölçülən maddi itkilərə səbəb olub.

Həm Həmas daxilində, həm də İsrail daxilində bu razılaşmadan  narazı olanlar var. Çünki tərəflərin heç biri qarşısına qoyduğu məqsədlərə tam çata bilmədi”.

Siyas şərhçi vurğulayıb ki, atəşkəsin əldə edilməsi ən çox Fələstin xalqına lazımdır:

“Bu razılaşma ən çox əziyyət və zülm çəkən sadə xalq üçün önəmlidir, təəssüf ki, xalqın səsi və ağrıları çox vaxt görməzdən gəlinir.

Yaxın Şərqdə müharibə bitmir və indiki gedişatda görünür ki, yaxın zamanda da bitməyəcək. Əksinə, bölgədə yeni qarşıdurmalar başlayır. Suriyada isə hakimiyyət dəyişikliyi sabitlik yaratmaq əvəzinə gərginliyi daha da artıracaq. İraqda vəziyyət hələ də gərgindir, Livanda və Yəməndə durumlar kritik həddədir. Ümumilikdə, Yaxın Şərq qaynayır və ehtimal olunur ki, bundan sonra bölgədə daha da qarşıdurmaların miqyası böyüyəcək. 

Bu razılaşmanın əldə edilməsi Trampın bəyanatları ilə üst-üstə düşür. O, seçki öncəsi Ukrayna-Rusiya müharibəsini və Həmas-İsrail gərginliyini həll etməyi hədəf kimi açıqlamışdı. Görünən odur ki, hazırkı cəhdləri bu vədlərin qismən həyata keçməsi görüntüsünü yaradır. Trampın fəaliyyətə başlaması ilə bu məsələlərin bitib-bitməyəcəyini birmənalı şəkildə təsdiqləmək çətindir. O, son açıqlamalarında Fələstinə və HƏMAS-a qarşı çox sərt mövqe nümayiş etdirir. Tramp, birinci prezidentlik dönəmində olduğu kimi, açıq şəkildə İsrailin dəstəkçisi kimi çıxış edir. Qüds şəhərinin İsrailin paytaxtı olması ilə bağlı mövqeyi də onun İsraili güclü şəkildə dəstəklədiyini göstərir. Hazırkı siyasətini davam etdirəcəyini bəyan edən Trampın bu yanaşması, ehtimal ki, bölgədə daha böyük gərginliklərə səbəb olacaq. Bu gedişat davam edərsə, Yaxın Şərq və Fələstin daha qaynar bir "qazan" halını alacaq”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri