Icma.az
close
up
RU
Trampın Yaxın Şərq Siyasəti: Atəşkəsin arxasında duran siyasi maraqlar

Trampın Yaxın Şərq Siyasəti: Atəşkəsin arxasında duran siyasi maraqlar

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Həmas və İsrail arasında atəşkəs elan edilməsi, bölgədəki münaqişənin daha da böyüməsinin qarşısını almağa yönəlmiş mühüm bir addımdır. Bu razılaşmanın əldə olunmasına sevinmək lazımdır. Münaqişə on minlərlə günahsız insanın həyatını itirməsinə səbəb oldu. Təxminən 50 min nəfərin həyatını itirdiyi bu müharibə, onun yaratdığı faciənin həqiqətini bir daha üzə çıxarır. Amma müharibənin səbəbləri, köklü problemlər həll olunmadan, qalıcı bir sülhün mümkünlüyü çox da inandırıcı deyil. Münaqişəni yaradan səbəbləri hələ də ortadan qalxmayıbsa, sülhün qalıcı olması çox çətindir”

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Vaqif Hüseyn deyib. 

Siyasi şərhçinin sözlərinə görə, hazırda atəşkəsin elan edilməsi həm Həmasın, həm də İsrailin maraqlarına uyğun gəlir:

“İsrailin hərbi əməliyyatları müharibənin ilkin mərhələlərində ciddi nəticələr doğurdu.Lakin əməliyyatın uzun müddət davam etməsi, İsrailin daxili siyasətində və sosial vəziyyətində müəyyən dəyişikliklərə yol açdı. Hər bir müharibənin sonunda, xüsusən uzun müddətli müharibələrdə, xalqın müharibə əleyhinə meylləri artmağa başlayır. İsraildə bu dəstəyin azalması, gələcəkdə yeni hərbi əməliyyatların həyata keçirilməsini çətinləşdirir. Həmasın vəziyyəti də fərqlidir. Liderlərinin böyük hissəsi öldürülüb və təşkilatın gücü zəifləmişdir. Buna baxmayaraq, Həmasın İsrailə qarşı mövqeyi, İsrailin isə Həmasa qarşı mövqeyi dəyişməyib. Buna görə də, hazırkı atəşkəs yalnız müvəqqəti xarakter daşıyır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, atəşkəsin ABŞ prezidenti Donald Trampın idarəçiliyinə başlaması ilə eyni dövrdə baş tutması təsadüfi deyil:

 “Bayden administrasiyası atəşkəsin əldə olunmasında öz əməyini vurğulayır, lakin Trampın tərəfdarları bunu onun əməyi kimi təqdim etməyə çalışır. Artıq Tramp səlahiyyətlərinin icrasına başlayıb və regionda nə müsbət addım atılarsa, öz adına çıxardacaq. Əlavə olaraq, atəşkəsin elan edilməsində ABŞ Dövlət Katibi Antony Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təşəkkür etməsini də xüsusi vurğulamaq lazımdır”.

Siyasi şərhçi hesab edir ki, atəşkəsin əldə edilməsini Trampın  İsrailə hədiyyəsi kimi qəbul etmək olmaz: 

“Çünki Trampın Netanyahuyla əlaqələri də heç də müsbət deyildir. İndiki halda Trampın  Yaxın Şərq siyasətinin necə formalaşacağını demək çətindir.

Trampın birinci prezidentliyi dövründə Körfəz ölkələri ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasına təşviq etdi. Həmin dövrdə, demək olar ki, 80% razılaşma əldə edilmişdi, lakin Fələstin dövlətçiliyinin tanınmaması,  Qüds məsələsi və Trampın o zaman prezident seçilməməsi danışıqları yarımçıq qoydu. Yenidən Trampın prezident seçilməsi və hansı addımları atacağını gələcək danışıqlar göstərəcək”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri