Icma.az
close
up
RU
Yaxının xəyanəti, uzağın sədaqəti

Yaxının xəyanəti, uzağın sədaqəti

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı ilə İslamabad yumruq kimi birləşərək düşmənlərin planlarını alt-üst edir

Təəssüf ki, Yaxın Şərqdə hökm sürən narahatlıq Azərbaycana da sirayət etdi. Özü də özgə yox, yaxın qonşumuz İranın əli ilə. Naxçıvana dron hücumu həm rəsmi Bakının gözündə Tehrana olan bütün etimadı sarsıtdı, həm də dost və düşmən balansını yenidən müəyyən etməyi zərurətə çevirdi. Məhz bu baxımdan Azərbaycan ilə Pakistan arasında formalaşmış münasibətlər Cənubi Qafqaz və Cənubi Asiya arasında nadir strateji tərəfdaşlıq nümunələrindən biri kimi diqqət çəkir.

Martın 6-da Məhəmməd Şahbaz Şərif ilə İlham Əliyev arasında baş tutan telefon danışığı məhz bu strateji tərəfdaşlığın növbəti təsdiqi idi. Pakistanın Baş naziri telefon danışığında İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən hücum və terror aktlarını qətiyyətlə pislədiyini, Pakistan dövlətinin, eləcə də Silahlı Qüvvələrinin Azərbaycanın yanında olduğunu bəyan etdi. Baş nazir vurğuladı ki, Azərbaycan bu çətin mərhələdə Pakistana hər zaman arxalana bilər.

Öz növbəsində, Prezident İlham Əliyev göstərilən siyasi dəstəyə görə təşəkkür edərək Azərbaycanın da hər zaman qardaş Pakistanın haqq işini müdafiə etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, İranın Azərbaycana qarşı törətdiyi terror aktının Pakistan tərəfindən dərhal və qəti şəkildə pislənməsi iki ölkə arasındakı münasibətlərin səmimi dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğunu bir daha sübut edir.

Təbii ki, Azərbaycan–Pakistan münasibətlərinin bu səviyyəyə yüksəlməsi uzun illər ərzində formalaşmış siyasi əməkdaşlığın nəticəsidir. İki ölkə arasında diplomatik münasibətlərin mövcud olduğu 34 il ərzində Bakı–İslamabad siyasi dialoqu davamlı xarakter daşıyıb və iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini sistemli şəkildə dəstəkləyib. Pakistan Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər nüfuzlu beynəlxalq platformalarda rəsmi Bakının mövqeyini açıq şəkildə müdafiə edən ölkələrdən biridir. Xüsusilə İƏT çərçivəsində qəbul edilmiş bir sıra qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal faktının pislənməsində Pakistan dövlətinin rolu xüsusi diqqət çəkir.

Bəli, Azərbaycan–Pakistan münasibətlərinin ən prinsipial istiqamətlərindən biri dost və qardaş ölkənin Ermənistan məsələsində sərgilədiyi mövqedir. Pakistan uzun müddət dünyada Ermənistan ilə diplomatik münasibətlər qurmayan nadir dövlətlərdən biri olub. Əlbəttə ki, bu qərarın başlıca səbəbi Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlaması faktı idi. Pakistan parlamenti müxtəlif illərdə qəbul etdiyi qərarlarda Ermənistanı açıq şəkildə təcavüzkar dövlət kimi qiymətləndirib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qəti şəkildə bəyan edib. İslamabad dəfələrlə bildirib ki, Ermənistanla diplomatik münasibətlərin qurulması yalnız Azərbaycanın mövqeyi nəzərə alınmaqla mümkün ola bilər.

Pakistanın bu məsələdə nə qədər qəti və prinsipial mövqe tutduğu isə ötən il aydın şəkildə göründü. Rəsmi İslamabad İrəvanla 30 ildən artıq müddətdən sonra 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni əsas götürərək avqustun 31-də diplomatik münasibətlərin qurulmasına qərar verdi. Beynəlxalq münasibətlər praktikasında bir dövlətin digər dövlətin mövqeyini bu qədər açıq şəkildə əsas götürməsi olduqca nadir hallarda müşahidə olunur və bu fakt Azərbaycan–Pakistan münasibətlərinin strateji mahiyyətini göstərən əsas göstəricilərdən biridir.

***

Ölkələr arasında mövcud əməkdaşlıq, eyni zamanda, hərbi təhlükəsizlik sahələrində də kifayət qədər genişdir. Son illər Azərbaycan, Pakistan və Türkiyə arasında formalaşan üçtərəfli əməkdaşlıq formatı regionda yeni və güclü təhlükəsizlik platformalarından birinə çevrilib. 2021-ci ildən etibarən keçirilən “Üç Qardaş” birgə hərbi təlimləri bu əməkdaşlığın əyani göstəricisidir. Paralel olaraq, ötən il noyabrın 8-də Bakıda Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda Pakistan Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı hərbi əməkdaşlığın rəmzi nümayişi oldu.

Azərbaycan Ordusunun bölmələri ilə yanaşı, Pakistan hərbçilərinin də paytaxtın Azadlıq meydanından keçidini iki ölkə arasında mövcud hərbi-siyasi koordinasiyanın və strateji tərəfdaşlığın bariz göstəricisi kimi qiymətləndirmək olar. Digər tərəfdən, Azərbaycan hərbçiləri də son illərdə mütəmadi olaraq, xüsusilə Pakistan Günü münasibətilə keçirilən hərbi paradlarda iştirak edir. Bu isə, öz növbəsində, iki dövlət arasında müdafiə sahəsində artan əməkdaşlığın, hərbi təcrübə mübadiləsinin və regional təhlükəsizlik məsələlərində ortaq mövqenin nümayişidir.

Qeyd edək ki, Pakistanın hərbi potensialı ölkəmizi bu sahədə İslamabadla sıx əməkdaşlığa yönəldir. Pakistan dünya üzrə nüvə silahına malik 9 ölkədən biridir. Ölkənin nüvə arsenalında təxminən 160–170 nüvə başlığı mövcuddur ki, Pakistan bu göstərici ilə dünyada ilk 10 hərbi gücü sırasında qərarlaşıb. Silahlı Qüvvələrin şəxsi heyətinin sayı 640 mindən çox, ehtiyat qüvvələrin sayı isə 500 minə yaxındır. Təbii ki, belə bir hərbi potensiala malik dövlətin Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməsi regionda geosiyasi balans baxımından ciddi əhəmiyyət daşıyır.

***

Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, son dövrlər İranın həyata keçirdiyi yolverilməz hərbi əməliyyatları yalnız Naxçıvanla məhdudlaşmır. 2024-cü ilin əvvəlində İranın Pakistana endirdiyi raket zərbələri və ardınca Pakistan ordusunun həyata keçirdiyi cavab əməliyyatı regionda təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu göstərdi. Həmin vaxtı Pakistan İran ərazisində yerləşən müəyyən hədəflərə cavab zərbələri endirmişdi. Bu hadisə Tehranla qonşu dövlətlər arasında təhlükəsizlik münasibətlərində gərginliyin hansı səviyyəyə çata biləcəyini və İranın nə qədər etibarsız dövlət olduğunu nümayiş etdirdi.

Bununla belə, nə Bakı, nə də İslamabad regionda genişmiqyaslı müharibə ssenarisinin reallaşmasında maraqlı deyillər. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinin İranla münaqişəyə cəlb olunmaq niyyətində olmadığını bildirmişdi. Oxşar mövqe Azərbaycan tərəfindən də səsləndirilib. Martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında İlham Əliyev Azərbaycanın indiyə qədər heç vaxt İrana qarşı hər hansı hərbi əməliyyatlarda iştirak etmədiyini və etməyəcəyini vurğulayıb.

Beləliklə, faktlar onu göstərir ki, Bakı ilə İslamabad arasında formalaşmış münasibətlər strateji xarakter daşıyır və bundan sonra da yanlız davamlı inkişaf hədəflənib. Dünən dövlət başçıları arasında baş tutan telefon danışığı bu strateji tərəfdaşlığın yeni mərhələdə davam etdiyini göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Regional gərginliyin artdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin yaxşı, eyni zamanda, çətin günlərdə bir-birinə hər cür qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını bəyan etmələri qardaşlıq münasibətlərinin real geosiyasi maraqlara söykəndiyini bir daha təsdiqlədi.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri