“Yaxınlarda Ermənistanla Türkiyə arasında sərhədlər açıla bilər”
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ararat Mirzoyan: “Ermənistan və Türkiyə demək olar ki, hər gün əlaqə saxlayır və danışıqlar davam edir”
“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yeni xüsusi nümayəndə təyin etmək ehtiyacından əmin deyil və tərəflər yeni danışıqçılar barədə razılığa gəlməzdən əvvəl iki ölkə arasındakı sərhədin yenidən açıla biləcəyinə inanır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İqnazio Kassis ilə birgə mətbuat konfransında deyib.
"Düzünü desəm, sual yeni xüsusi nümayəndəyə ehtiyac olub-olmamasıdır, çünki yeni xüsusi nümayəndələr barədə razılığa gəlməzdən əvvəl, yaxınlarda sərhədin açılması baş verə bilər", - Mirzoyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi “o qədər yetkindir ki, istənilən vaxt yekun və tam razılaşma əldə etmək mümkündür”.
O qeyd edib ki, Ermənistan və Türkiyə demək olar ki, hər gün əlaqə saxlayır və danışıqlar davam edir.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyənin Ermənistana ixrac qadağasını ləğv etməsinin vacibliyini bir daha vurğulayıb və xatırladıb ki, “keçmişdə türk iş adamı Ermənistana ixrac etmək istəsəydi də, belə bir fürsət verilmirdi”.
Mirzoyan qeyd edib ki, yaxın gələcəkdə Ermənistanda Ermənistan-Türkiyə biznes forumu keçiriləcək. O, həmçinin Türkiyənin Qarsda Ermənistanla sərhədə aparan yolun bir hissəsini fəal şəkildə inşa etdiyinə əmin olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Oktyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















