Yaxınlaşan maşını son anda görən piyada özünü itirdi; avtobusun önünə yıxıldı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhəri, Heydər Əliyev prospektində təhlükə yaradan piyada avtomobilin kamerasına yansıyıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, gənc oğlan yolu təyin olunmamış yerdən keçməyə çalışıb. Belə ki, yaxınlaşmaqda olan maşını qəfil görən piyada bu vaxt özünü itirərək qaçıb. Lakin o, yola yıxılaraq çətin anlar yaşayıb. Belə ki, dayanmış avtobusun önünə düşən piyada ayağa qalxaraq yoldan kənarlaşıb.
Qeyd edək ki, görüntünü qeydə alan avtomobildəki sürücü videonu sosial şəbəkə hesabında paylaşıb. O, qayda vaxtında maşını saxladığını və sağ zolaqdakı avtobusun da hərəkətdə olmadığını bildirərək piyadanın qəzadan son anda xilas olduğunu vurğulayıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 İyul 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















