“Yaxşı etmişəm Elza Seyidcahanı... Anardan əsəbi açıqlama
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
“Yazıçı öz kitabını küçədə sata bilər. Kim istəyirsə satsın da. Bunu məndən niyə soruşursunuz ki? Mən kitablarımı küçədə satmıram. Bilmirəm buna qanun icazə verir yoxsa yox? Bunu yaxşı olardı ki, aidiyyatı qurumlardan soruşasınız. Bircə onu deyə bilərəm ki, yazıçının kitablarını küçədə satması onun imicinə xələl gətirmir. Bu sadəcə şəraitsizlikdən belədir”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Bir neçə gün öncə Rəşid Mahmudov Medianews.az saytına verdiyi müsahibədə əməkdar artist Elza Seyidcahanı birliyə üzv etdiyinə görə yazıçını qınayaraq “Onun ən böyük təqsiri yazıçımız Anara düşür ki, onu Yazıçılar Birliyinə üzv edib. Ayıbdır!” ifadələrini işlətmişdi. Anar isə Rəşid Mahmudova qısa cavab verib:
“Yaxşı etmişəm Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv etmişəm” deyə qısa cavabla kifayətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 17 Fevral 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















