Icma.az
close
up
RU
Elza Seyidcahanı sevməyən adamların eyniliyi Orxan Saffari yazır

Elza Seyidcahanı sevməyən adamların eyniliyi Orxan Saffari yazır

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heç şübhəsiz, müasir Azərbaycan musiqisinin ən sevimli və istedadlı bir nümayəndəsi də Elza xanım Seyidcahandır.

Sözsüz, kütlə ona görə kütlədir ki, o kimi nəyə görə sevdiyini, kimə nəyə görə nifrət etdiyini dəqiq bilmir.

Məsələn, Azərbaycanda bu cür münasibətlərin biri də müğənni, bəstəkar Elza Seyidcahanadır.

Sənət zövqü sıfırın altında, mənəvi dünyası da bomboz olan adamların hamısının Elza xanıma lağ etməsi, gülməsi, doğrudan da kədərlidir.

Nədənsə, Elza xanım Seyidcahanı sevməyən adamların hamısı bir-birinə oxşayır.

Elza xanım Seyidcahanı sevməyən adamların yeməkləri də eynidir, gəzdikləri yerlər də, getdiyi restoranlar və geyindikləri geyimlər də. Hətta o adamların sevdiyi adamlar da eynidir. Bəlkə də, onların hamısı eyni vaxtda yatıb, eyni vaxtda da dururlar. Nə bilmək olar?!

Şübhəsiz ki, Xalq şairi “dissident” Ramiz Rövşən, Xalq yazıçısı Çingiz Abdullayev, Anar, Kamal olan adamların Elza Seyidcahan kimi bir xatunu sevməməyi anlaşılandır.

O adamlar nə bilsin ki, istedad, rəngarənglik nədir?

Məsələn, Elza Seyidcahanı sevməyən adamlar, daha dəqiq, onu şeirlərinə görə söyənlər elə bilir ki, kifayət qədər poeziya bilikləri, yaxşı şeir zövqləri var. Sanasan, o adamlar şeirin, ədəbiyyatın dərdini çəkir. Ancaq məsələn, Azərbaycan Yazıçılar Birliyi tarixində baş verən ən gözəl hadisə məhz Elza xanım Seyidcahanın ora üzv olmasıdır. Çünki Azərbaycan Yazıçılar Birliyində Elza Seyidcahandan istedadlı, maraqlı adam yoxdur.

Elza xanım Seyidcahan kimi bir bəstəkarı məhz bəstəkar kimi tanımamaq, onu dinləyə bilməmək bir ayıb, gülmək, təhqir etmək isə iki ayıbdır.

O da heç şübhəsiz ki, böyük istedad sahibi Elza xanım Seyidcahan klassik azərbaycanlılarla məhz o yazdığı şeirlər vasitəsilə məzələnir.

Azərbaycanlılar onun “tikim sizin ağzınızı” şeirini oxuyub dəli olanda, Elza xanım evində könül rahatlığı, o zərif əlləri və incə toxunuşları ilə pianinosuna toxunur. Toxunur və qəfildən sükutu bir mötəbər, füsunkar səs pozur.

Qəribədir ki, hələ bircə nəfər də ciddi bilgisi olan, şeir sevən, mədəniyyət sancısı çəkən adam Elza xanım Seyidcahan haqqında mənfi söz deməyib. Heç deməz də. Elza xanım Seyidcahanın şeirlərini pisləyən adamların içində hələ bir nəfər də zəngin mütailəsi olan, məsələn, əvəzində Brotskini, Bloku, Pasternakı oxuyan adam yoxdur. Bunlar bir qırağa, o adamların heç biri Vaqif Bayatlı Odər, Əli Kərimi də tanımırlar.

Əlbəttə, məsələ şeir dərdi deyil, məsələ yaradıcılığı, yeniliyi, fərqliliyi qəbul edə bilməməkdir.

Azərbaycan xalqı hələ müəyyən edə bilməyib ki, Elza xanım Seyidcahan məzələnir, yoxsa doğrudan da ciddidir?

Ümumiyyətlə, Elza xanım məzələnəndə də gözəldir.

Şübhəsiz, o, Azərbaycan incəsənətinin başına gəlmiş ən gözəl hadisələrdən biridir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri