Icma.az
close
up
RU
Yaxşı hücumçu tapmaq çətindir, amma Qarabağ bunu bacarır xarici klublara satdıqları Ndlovu, Vadji, Juninyo və başqaları

Yaxşı hücumçu tapmaq çətindir, amma Qarabağ bunu bacarır xarici klublara satdıqları Ndlovu, Vadji, Juninyo və başqaları

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir futbolda bəzi mövqe oyunçuları var ki, onlara tələbat daha böyükdür. Bu, həm də tələblərin dəyişməsi ilə bağlı olan məsələdir. Əvvəllər qapıçılar yalnız çərçivədən sorumlu olsalar da, indi az qala son müdafiəçi rolunu daşımalı, ayaqla oynamağı da bacarmalıdılar.

Müasir mərkəz müdafiəçiləri də əvvəlkilərdən çox fərqlənir. Stoperlərin funksiyası 30-40 il bundan qabaq olduğu kimi, topu kor-koranə uzaqlaşdırmaq yox, oyunquruculuğu ilə məşğul olmaqdır.

Buna görə də, ayaqla yaxşı oynayan qapıçılar, müdafiədən oyun qura bilən stoperlər müasir futbolun önəmli adamları sayılır. Həmçinin də mərkəz hücumçuları. Yaxşı hücumçu tapmaq çətindir. Böyük klublardan tutmuş kiçiklərə qədər hərə öz çapında bu çətinliyi yaşayır.

Juninyonun gedişindən sonra "Qarabağ" da hücumçu axtarışlarına çıxıb. Hələ ki istədiyini tapa bilməyib. Eləsi var gəlmək istəmir, eləsi də var layiq olduğundan daha artıq pul tələb edir. 

Sanki "Qarabağ"ın həmişə hücumçu mövzusunda sıxıntı yaşadığı təəssüratı yaranır. Amma bu istiqamətdə araşdırma apararkən fərqli mənzərə ortaya çıxır. "Qarabağ"ın xarici klublara satdıqlarının əksəriyyəti hücumçu olub.

Son olaraq Juninyonu "Flamenqo"ya 5 milyon avroya satan "Qarabağ" ona qədər daha bir hücumçudan pul qazanmışdı. "Sent-Etyen" Vadjiyə görə "Qarabağ"a 1,6 milyon avro ödəmişdi. 

"Qarabağ" daha bir hücumçu satışını 2018-ci ildə etmişdi. Dino Ndlovu 750 min avro qarşılığında Çin klubuna keçmişdi. 

Ovusu Kvabena və Musa Qurbanlını da bu siyahıya əlavə edə bilərik. Gah hücumçu, gah vinger kimi oynayan Ovusu 350 min avroya "Ferenstvaroş"a transfer edilmişdi. Musa Qurbanlı 500 min avroya "Yurqorden"ə keçsə də, sonradan geri qayıtmışdı.

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri