Yaxşı qurtardıq, böyük yanğına səbəb ola bilərdik
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Şair Nazilə Səfərli Xalq artisti Aygün Kazımovanın iştirak etdiyi məclisdə onun üçün üzərlik yandırıb.
Axşam.az xəbər verir ki, şair üzərliklə bütün zalı dolaşsa da, bitkinin heç kim üçün alışmadığını bildirib. Lakin Aygün Kazımovanın yanına çatanda üzərlik qəfil alışıb.
N.Səfərli həmin anları sosial şəbəkə hesabında paylaşaraq hadisə ilə bağlı bunları yazıb:
“Üzərlik gəlin üçün yandırılır. Öncədən deyilmiş proqram idi. Bütün zalı dolaşdım üzərliklə. Heç kim üçün alışmadı, Aygün xanımın göz-nəzərini götürüb elə alışdı ki, əllərimdə məşələ döndü. Alov əlimə sıçrasa da, qamətimi dəyişmədən səhnəni tərk etməyi bacardım. Çox şükür, heç yerə toxundurmadan ocağı söndürməyə müvəffəq olduq.
Bir balaca təlaşım olsaydı, əlim əssəydi, yaxud büdrəsəydim, böyük yanğına səbəb ola bilərdi. Hər yer parça idi. İndi, iraq olsun, xəbərlərdə idik. Üzərliyin alışması gözlənilməz oldu. Şükür, yaxşı qurtardıq. Allah bizi fövqəladənin xortumuna möhtac etməsin. Göz-nəzər bizi qıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Sentyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















