Icma.az
close
up
RU
“Yaxşı yuxu üçün ekran müddətinin azaldılması şərtdir” HƏKİM DANIŞDI

“Yaxşı yuxu üçün ekran müddətinin azaldılması şərtdir” HƏKİM DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Son illərdə yeniyetmələr arasında yuxusuzluq və yuxu keyfiyyətinin zəifləməsi daha geniş şəkildə müşahidə olunur. Problemin yaranmasında bir neçə mühüm faktor rol oynayır və onların böyük hissəsi müasir həyat tərzi ilə bağlıdır”.

Bu sözləri SİA -ya açıqlamasında həkim - terapevt Fidan Həsənli bildirib.
Onun sözlərinə görə, yuxusuzluğun ən çox rast gəlinən səbəblərindən biri gecə saatlarında ekran qarşısında uzun müddət qalmaqdır:

”Telefon, planşet və kompüter ekranlarından yayılan mavi işıq melatonin hormonunun fəaliyyətini zəiflədir və beynin yuxuya keçmə prosesini gecikdirir. Sosial media, oyunlar və onlayn fəaliyyətlər yatma saatının irəliləməsinə səbəb olur.

Bununla yanaşı, yeniyetmələrdə təhsil yükü və imtahanlara hazırlıq da stres səviyyəsini artırır. Gərginlik artdıqca bədənin təbii rahatlama mexanizmi pozulur və yuxuya getmək çətinləşir. Gecə saatlarında düşüncələrin çoxalması, gələcəklə bağlı narahatlıqlar və emosional dəyişkənlik yuxu ritminə mənfi təsir göstərir.
Bu dövrdə bədənin təbii ritmində baş verən bioloji dəyişikliklər də mühüm rol oynayır. Yeniyetməlik zamanı daxili saat gec yatmağa daha çox meyllidir, lakin məktəbin erkən başlaması gənclərin kifayət qədər istirahət etməsinə imkan vermir. Bu uyğunsuzluq yuxu çatışmazlığını artırır.
Digər təsir edən amillərdən biri kofein və enerji içkiləridir. Son illərdə bu içkilərin istifadəsi artdığı üçün yuxu mexanizmi daha güclü şəkildə pozulur. Axşam saatlarında qəbul olunan kofein sinir sistemini aktiv saxlayır və yuxuya getməni ləngidir.
Fiziki aktivliyin azalması da yuxu keyfiyyətini aşağı salan amillərdəndir. Oturaq həyat tərzi bədənin gün ərzində kifayət qədər enerji sərf etməsinə mane olur və axşam yuxuya keçid çətinləşir.
Evdəki yuxu mühiti də ciddi rol oynayır. Səs-küy, işıqlığın çoxluğu, otağın temperaturu, qarışıq yatma rejimi və ev atmosferindəki gərginlik yuxuya mənfi təsir göstərir. Bu faktorlar bir araya gəldikdə yuxusuzluq daha davamlı hala keçir.
Yuxu çatışmazlığı yeniyetmələrdə yalnız yorğunluq yaratmır; diqqətin azalmasına, yaddaşın zəifləməsinə, dərs nəticələrinin pisləşməsinə, emosional qeyri-sabitliyə və davranış dəyişikliklərinə səbəb ola bilər. Bu səbəbdən, gənclərin sağlam yuxu rejimi formalaşdırması olduqca vacibdir.
Daha yaxşı yuxu üçün ekran müddətinin azaldılması, sakit və rahat yataq mühitinin yaradılması, kofeinin məhdudlaşdırılması, gündəlik rejimin nizamlanması və fiziki aktivliyin artırılması praktik olaraq ən təsirli addımlardır.
Bu səbəbdən ailələrin və məktəblərin yeniyetmələrin yuxu gigiyenasına xüsusi diqqət ayırması vacibdir. Ekran qarşısında keçən vaxtın məhdudlaşdırılması, sağlam gündəlik rejimin formalaşdırılması, stress mənbələrinin azalması və düzgün yuxu mühitinin yaradılması problemin qarşısını almaqda təsirli addımlardır. Vaxtında görülən tədbirlər gənclərin həm psixoloji, həm də fiziki sağlamlığının qorunmasına ciddi töhfə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri